Danışıqlardakı fasiləyə son qoymaq lazımdır Zelenski
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şənbə günü ABŞ-də Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar komandalarının görüşü gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski axşam bəyanatında bildirib.
Onun sözlərinə görə, tərkibində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Ofis rəhbərinin birinci müavini Sergey Kislitsa, deputat David Araxamiya olan Ukrayna nümayəndə heyəti artıq amerikalı müzakirəçilərlə görüşə yollanır.
"Danışıqlardakı fasiləyə son qoymaq lazımdır... Rusiyanın Ukraynaya qarşı müharibəsini başa çatdırmaq üçün danışıqların mövcud formatlarında işi davam etdirməyə hazır olmaları barədə Amerika tərəfindən siqnallar var. Ukrayna danışıqlar qrupunun siyasi hissəsi artıq yoldadır, bu şənbə günü ABŞ-də görüş gözlənilir", - Zelenski bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 20 Mart 2026 06:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















