Icma.az
close
up
RU
Danışıqları sona çatdırmaq üçün təkan lazımdır Antonio Quterreş

Danışıqları sona çatdırmaq üçün təkan lazımdır Antonio Quterreş

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həlledici məqama yaxınlaşır. Razılaşma istəyi hiss olunur".

Moderator.az xəbər verir ki, bunu bu gün Bakıda COP29 çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

O qeyd edib ki, tərəflərin razılaşdığı məsələlər daha da aydın olur:

“Lakin fikir ayrılıqları qalır və müzakirələri sona çatdırmaq üçün ciddi təkan lazımdır”.

A.Quterreş bildirib ki, Rioda keçirilən G20 sammitindən yenicə qayıdıb və COP29 orada gündəliyin mühüm hissəsi olub:

"Bütün həll olunmamış məsələlər üzrə yeni maliyyə hədəfinə əsaslanan iddialı və balanslaşdırılmış paketə nail olmaq lazımdır. Uğursuzluq variant deyil".

BMT-nin Baş katibi vurğulayıb ki, bu həm qısamüddətli fəaliyyətləri, həm də yeni milli iqlim planlarının hazırlanmasında ambisiyaları təhlükə altına ala bilər.

O bildirib ki, bu, qaçılmaz olaraq Braziliyada COP30-un uğurunu çətinləşdirəcək:

"Bakıda ambisiyalı yeni iqlim maliyyələşdirmə hədəfi barədə aydın Sazişə ehtiyacımız var. Bu hədəf öz müxtəlif komponentləri vasitəsilə inkişaf etməkdə olan ölkələr üçün lazım olan maliyyəni səfərbər etməlidir”.

“Bütün tərəflərin 1,5 dərəcə hədəfinə uyğun yeni milli planlar təqdim edə bilməsi, hər bir hökumətin təmiz, ucuz bərpa olunan enerji mənbələrindən və ədalətli enerji keçidindən faydalanması, eyni zamanda emissiyaların azaldılmasını sürətləndirməsi üçün maliyyələşdirmənin artırılması lazımdır”, - A.Quterreş qeyd edib.

Baş katibin sözlərinə görə, Paris Sazişinə fokuslanmış beynəlxalq əməkdaşlıq iqlim fəaliyyəti üçün zəruridir:

"Geosiyasi fikir ayrılıqları və qeyri-müəyyənlik fonunda dünya ölkələrin birləşməsinə ehtiyac duyur".

O, nazirlərə və danışıqlar aparanlara müraciət edib: "Sərt mövqeləri yumşaldın. Fikir ayrılıqlarınızdan çıxış yolu tapın. Daha geniş olan mənzərəni gözdən qaçırmayın! Maliyyələşdirmə sədəqə deyil. Bu, nəzarətsiz iqlim xaosunun hamımıza vuracağı dağıntılara qarşı investisiyadır. Yer üzərindəki hər bir millət üçün daha təhlükəsiz, daha firavan gələcəyə ilk töhfədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2024 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri