“Kəşmirin Qara Günü”: Pakistanın Bakıdakı səfirliyində tədbir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Pakistanın Bakıdakı səfirliyində oktyabrın 27-də “Kəşmirin Qara Günü” ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, 1947-ci il oktyabrın 27-də Cammu və Kəşmirin işğalının ildönümünə həsr olunan tədbirdə vətəndaş cəmiyyəti və beyin mərkəzlərinin nümayəndələri, media təmsilçiləri, Pakistan icmasının üzvləri, azərbaycanlı ziyalılar və tələbələr iştirak ediblər.
Tədbir zamanı Pakistan Prezidenti Asif Əli Zərdarinin, Baş nazir Məhəmməd Şahbaz Şərifin müraciətləri səsləndirilib.
Pakistanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Sara İjaz Pakistanın Kəşmir xalqı ilə həmrəyliyini və onların öz müqəddəratını təyin etmək hüququna dəstəyini vurğulayıb.
S.İjaz özbaşına həbslər, məhkəmədənkənar qətllər, media və kommunikasiya vasitələrinə tətbiq edilən məhdudiyyətlər, eləcə də ərazinin demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlmiş cəhdlər barədə danışıb.
O bildirib ki, Cammu və Kəşmir məsələsi beynəlxalq səviyyədə mübahisəli olaraq qalır.
Sara İjaz Azərbaycanın Cammu və Kəşmir məsələsinə dair mövqeyini və göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Tədbir çərçivəsində Hindistanın nəzarətində olan Cammu və Kəşmir ərazisində insan hüquqları ilə bağlı vəziyyəti əks etdirən foto-sərgi təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 Oktyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















