Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Danışıqların yekunlaşmasına beynəlxalq reaksiyalar

Danışıqların yekunlaşmasına beynəlxalq reaksiyalar

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Xarci işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan son açıq qalan iki maddəni qəbul etdiyini Azərbaycan tərəfinə çatdırıb: "Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər təsisatlarının da ləğv olunması vacib amildir".

Qeyd edək ki, sülh sazişi layihəsi 17 maddədən ibarətdir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı. Razılaşdırılmamış iki maddədən biri tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durması, ikincisi isə başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi. Rəsmi Bakı dəfələrlə bu iki bənd ilə bağlı öz prinsipial mövqeyini ortaya qoyub.

Minsk qrupunun ləğvinə gəlincə, bu, Bakının iki şərtindən biridir. Aydın məsələdir ki, bu təsisata heç bir ehtiyac yoxdur. Qarabağ münaqişəsi artıq keçmişdə qalıb, üstəlik, Bakı və İrəvan vasitəçi olmadan danışıqlar aparırlar.

Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, sülh sazişinin imzalanmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyacın qalmadığını demək olar: "Sülh sazişinin imzalanmasından sonra deyə bilərik ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur, biz institutsional olaraq hesab edə bilərik ki, münaqişə sona çatıb".

Bakının ikinci şərt isə Ermənistan Konstitusiyasında dəyişikliklərlə bağlıdır. Bir dövlətin Konstitusiyasında digərinə qarşı ərazi iddiaları qalırsa, bu halda, imzalanacaq sülh sazişi yarımçıq olacaq. Beləliklə də, münaqişə istənilən vaxt yenidən baş qaldıra bilər. Ona görə də dayanıqlı sülhə nail olmaq üçün İrəvanın qeyd edilən addımları atması vacibdir.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan jurnalistlərə açıqlamasında Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılmasını mühüm hadisə adlandırıb. Bildirib ki, hər iki tərəf mətnin onlara faydalı olduğunu hesab edib. Onun sözlərinə görə, mümkün iddiaların geri götürülməsi və ya Aİ missiyasının geri çəkilməsi sülh müqaviləsi qüvvəyə mindikdən sonra baş verəcək.

Bir sıra beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşması ilə bağlı verdikləri müvafiq bəyanatları alqışlayıblar.

Avropa İttifaqının açıqlamasında deyilir ki, bu bəyanatlar regionda davamlı sülh və təhlükəsizliyə doğru atılan mühüm addımlardır: "Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında normallaşma prosesini tam dəstəkləyir və tərəflərin müraciəti halında əlavə dəstək və ekspertiza göstərməyə hazırdır".

Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə yazıb ki, Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayır: "Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur".

Almaniyanın xarici işlər naziri Annalenna Berbok bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə irəliləyiş ümidvericidir: "Müharibədən sonra dayanıqlı sülh reallığa çevrilib. Bu, təkcə region üçün deyil, onun hüdudlarından kənarda da vacibdir".

İspaniya, Sloveniya, Braziliya, Latviya və digər ölkələrin bəyanatlarında da sülh sazişi üzrə son inkişaflar alqışlanıb.

Azərbaycan regionda sülhün bərqərar olması üçün hər zaman ciddi səylər göstərib, qalib tərəf olmasına baxmayaraq, müharibədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edib və bu istiqamətdə konkret addımlar atıb. Ermənistan isə özünü sülh göyərçini kimi göstərib, havadarlarının sifarişi ilə hərəkət edib, sülh prosesini uzatmaqla məşğul olub. İrəvan həqiqətən də sülh sazişinin imzalanmasını istəyirsə, onda Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi, əsas şərtləri yerinə yetirməlidir: "Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.

İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".

Politoloq Zaur Məmmədov mövzu ilə bağlı şərhində deyib ki, Azərbaycan və Ermənistan açıqlandığı kimi, sülh danışıqlarında masa üzərində olan sənədin bütün bölmələrini razılaşdırıblar. Məlumdur ki, 2 bəndlə bağlı tərəflər arasında fikir ayrılığı var idi: "Artıq Avropa dövlətlərinin XİN-ləri tərəfindən Bakı və İrəvan arasında əldə olunmuş razılıqlar alqışlanır və tez bir zamanda sənədə imza atılması məqsədəuyğun hesab edilir.

Xatırladım ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mətndə qeyd olunan bölmələr rəsmi Bakının şərtləri üzrə aparılmış və uzun danışıqlardan sonra İrəvan ən azı sözdə də olsa razılığa gəldi".

Politoloq vurğulayıb ki, İrəvanın niyə birdən-birə belə qərara gəldiyi sualı ortaya çıxır: "Hamıya məlumdur ki, hazırda Avrasiyanın orta xəttində ciddi dəyişikliklər baş verməkdədir. Paşinyan Tramp və Putin arasında baş tuta biləcək mümkün razılaşmaya qədər və Ukraynada müharibənin bitməsinə qədər xarici siyasətdəki davranışlarına təcili korrektələr etmək qərarına gəlib. Ağ evin son 5 ildəki mövqeyindən geri çəkiləcəyini bilən Paşinyan təklənəcəyindən çəkinir. Lakin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün mətndə olmayan digər 2-3 məsələ var. Yeni Konstitusiya da buraya daxildir.

Qeyd edim ki, bölgədə sülh prosesinin yekun sənəd ilə bitməməsində maraqlı olan regional və beynəlxalq aktorlar da az deyil və çox güman ki, onlar çox yaxında şərti sərhədyanı ərazilərdə vəziyyəti gərginləşdirə bilərlər. Sirr deyil ki, Ermənistanda müxtəlif siyasi rəhbərlərin, o cümlədən Nikol Paşinyanın danışıqların getdiyi vaxtda hərbi eskalasiyaya (Tovuz döyüşləri) getmək təcrübələri var. İndi də eyni addım atıla bilər. Əgər Ermənistan ordusu xaricdəki havadarları ilə birlikdə şərti sərhədlərdə hücuma başlayarsa, Azərbaycanın 40 km ərazidə təhlükəsizlik zonası yaratmaqdan başqa çarəsi qalmayacaq. Gözləyək, dinamik proseslər çeviklik və uzaqgörənlik tələb edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri