Icma.az
close
up
RU
Deputatlardan Zəfər Gününə SƏMİMİ MESAJLAR: Torpaqlarımızı heç kim işğal edə bilməz!

Deputatlardan Zəfər Gününə SƏMİMİ MESAJLAR: Torpaqlarımızı heç kim işğal edə bilməz!

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində ən möhtəşəm səhifələrdən biridir.

2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də 30 illik ədalətsizliyə, işğala və təcavüzə qarşı xalqımızın milli birliyinin, əzminin və iradəsinin təntənəsi idi.

Azərbaycan xalqı illərlə gözlədiyi ədalətin bərpasını 2020-ci ilin 8 noyabrında – Şuşanın azad edilməsi ilə reallığa çevirdi. Şuşanın azadlığı bütöv bir millətin ruhunun müstəqilliyi idi. O gündən etibarən 8 Noyabr xalqımızın milli qürur və həmrəylik simvoluna çevrildi.

Zəfər Günü həm də dövlət-xalq birliyinin, ordunun qüdrətinin və Ali Baş Komandanın müdrik liderliyinin parlaq nəticəsidir. 44 gün ərzində hər bir azərbaycanlı bu Zəfərin qazanılmasında pay sahibi oldu.

Millət təmsilçiləri Zəfər Günü ilə bağlı fikirlərini və təbriklərini Bakıvaxtı.az-la bölüşüblər.

Milli Məclisin üzvü, əslən ağdamlı olan Aqil Abbas bildirib ki, Zəfərimizin 5 ili tamam olduğu kimi, 1000 ili də tamam olacaq:

“Azərbaycanın torpağını heç vaxt heç kim işğal edə bilməz. Bu, hamımızın bayramıdır. Biz 200 illik bir əsarətdən qurtulmuşuq. Cənab Ali Baş Komandanın müdrikliyi nəticəsində bu qələbəni qazandıq. Xalqla Ali Baş Komandan birgə oldu – 10 milyon insan bir yumruq kimi vuruşurdu. Hamı vuruşurdu, buna görə də qələbə qazandıq. Sevinirik, hər kəsi bu münasibətlə təbrik edirəm”.

Millət vəkili Vüqar Rəhimzadə vurğulayıb ki, 44 günlük Vətən müharibəsi həqiqət anı idi:

“44 günlük Vətən müharibəsi həqiqət anı kimi dəyərləndirilir. Kimin haqqın, kimin isə təcavüzkarın yanında olduğu bir daha təsdiqləndi. Azərbaycan 30 il ərzində dünya güclərinin ikili standartlara əsaslanan siyasətini öz üzərində yaşadı. Bu, ədalət və beynəlxalq hüquq prinsiplərinin maraqlara qurban verildiyini göstərdi. Müharibənin ilk günündən Azərbaycanın yanında olan Türkiyə və Pakistanın mənəvi-siyasi dəstəyi dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı ölkəmizə böyük mənəvi güc verdi".

Parlament üzvü Bəhruz Məhərrəmov qeyd edib ki, Zəfər Azərbaycan dövlətçilik tarixinin ən mühüm hadisəsidir:

“Dünya tarixində Azərbaycanın Zəfərinə bənzər, həm mütləq xarakter daşıyan, həm də bütövlükdə regional təsirə malik ikinci analoji nümunə yoxdur. Ölkəmiz yalnız torpaqlarını işğaldan azad edib suverenliyini bərqərar etməklə kifayətlənmədi, eyni zamanda regionda sülh və sabitlik konfiqurasiyasını formalaşdırdı. Bu gün isə daxili və xarici siyasət kursu, eləcə də Qarabağ və Şərqi Zəngəzura əhalinin qayıdışı ilə Azərbaycan sülh və sabitliyin qarantına çevrilib. Zəfər Gününüz mübarək!”

Qanunverici orqanın digər təmsilçisi Müşfiq Məmmədli vurğulayıb ki, 44 günlük müharibədə qazanılan Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb:

“44 günlük müharibədə qazandığımız Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu şanlı tarixi Müzəffər Ali Baş Komandan öz ordusunu vahid ideya ətrafında birləşdirərək, istər diplomatiya cəbhəsində, istərsə də döyüş meydanında strateji düşüncəni taktiki addımlarla möhkəmləndirməklə yazdı. Xalqımız möhtəşəm tarixi qələbə qazandı. Bundan sonra xalqımız alnıaçıqdır, üzüağdır”.

Parlamentari Səyavuş Novruzov isə bildirib ki, Zəfər Günü xalqımızın tarixində əvəzsiz hadisədir:

“Xalqımızın tarixində əvəzsiz hadisədir – biz ərazi bütövlüyümüzü bərpa etdik. Bu il də Zəfərimizin 5 ili tamam olur.Hər kəsi ürəkdən təbrik edirəm".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Noyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see147

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see141

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri