Icma.az
close
up
RU
Danışmağa sözün yoxdurmu, cənab Vilayəti?

Danışmağa sözün yoxdurmu, cənab Vilayəti?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl özünün sosial şəbəkə hesabında paylaşım etmiş və gələcəyə doğru irəliləmək üçün bir çox baxışların dəyişməli olduğuna dair mesaj vermişdi. Əlbəttə, indiki durumda cənab Pezeşkianın ölkəsində radikal islahatlar aparması xeyli müşküldür. Xeyr, demək istəmirik ki, onun prosesi reallaşdırmağa iradəsi çatmaz. Əksinə, Məsud bəy, kifayət qədər, təcrübəli siyasətçidir, rasional baxışların daşıyıcısıdır. Elə haqqında söz açdığımız sosial şəbəkə paylaşımında da məhz rasional baxış ortaya qoymuşdu.

Məsələ ondadır ki, İranın dəyişməsi kompleks səciyyə daşımalıdır. Bunun üçün haradan başlamaq, nə etmək lazımdır, - mövzu barədə söz açmaq çox çətindir. Həm də ona görə çətindir ki, prosesdə fundamentallıq yükü olmalı, qanunauyğunluq gözlənilməlidir. Gözlənilməlidir ki, dəyişikliklər ağrı-acı yaşatmasın. Amma hesab edirik ki, sakit məcrada reallaşdırılmalı olan müəyyən vəzifələr var. Onlardan biri İranın qonşularına münasibətinin dəyişməsidir. İlk növbədə isə Azərbaycana yönələn baxışda korrektələrə ehtiyac var.

Doğrudur, hazırda Azərbaycan-İran münasibətlərində iki il əvvəlki gərginlikdən əsər-əlamət yoxdur. Prezident Pezeşkianın ölkəmizə səfəri, xüsusən Xankəndidə olması Tehranın Bakıya yanaşmasının yeni və olduqca müsbət fazası olaraq qiymətləndirilə bilər. Heç şübhəsiz, tərəflər gələcəkdə əməkdaşlığı daha dinamik müstəviyə daşıyacaqlar. Bununla bağlı nikbinliyimiz böyükdür.

Digər tərəfdən, biz əsla “İran ayrı, Pezeşkian ayrı” motivlərinə köklənmək istəmirik. Çünki şəxslər gəldi-gedərdi, dövlətlər əbədi. Amma nəzərə alaq ki, dövlətlərin əbədilik qazanmasında şəxslərin, yəni siyasi xadimlərin rolu son dərəcə böyükdür. Güman edək ki, cənab Pezeşkian fəaliyyəti ilə İran dövlətini onun özünü gördüyümüz kimi təsəvvürə gətirməyimizə şərait formalaşdıracaq. İnanaq ki, zaman keçdikcə İranda kimsə Azərbaycanın İsraillə əməkdaşlıq etməsini sorğulamaq kimi sərsəm niyyətə düşməyəcək. Təəssüf ki, hazırda sorğulayanlar, daha doğrusu, özündə sorğulamaq haqqı peydahlayanlar var. Özü də belələri İslam respublikasının ali rəhbərliyində təmsil olunurlar.

Beləliklə, İranın ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Tehranda Pakistanın daxili işlər naziri Səid Mohsin Nakvi ilə görüşündə qonağa bildirib ki, “Sizin Azərbaycanla yaxın əlaqələriniz var. Ancaq eyni zamanda Azərbaycan dövləti İslam aləminin baxışlarına zidd addımlar atır”. Cənab Vilayəti, həmçinin, ölkəmizi Suriya ilə İsrail arasında vasitəçilikdə və İsrailə neft ixracında günahlandırırb.

İndi beləsinə nə deyəsən, nə ad verəsən? Hesab edirik ki, İranda nə vaxtsa radikal dəyişikliklərə gedilsə, ilk növbədə Vilayəti kimilərinin rəhbərlikdən uzaqlaşdırılmasından başlamaq lazımdır. Çünki bu cür zehniyyət sahibləri Pezeşkianın nəzərində tutduğu rasionallıq bucağını daim kor saxlamağa xidmət edirlər. Özü də son dərəcə yaramaz şəkildə. Sən demə, Azərbaycanın İsraillə əməkdaşlığı İslam aləminin baxışlarına zidd imiş. İndi nə deyək? Cənab Vilayətiyə çox da uzaq olmayan keçmişimi xatırladaq? Axı o keçmişdə İranın Ermənistanı silahlandırması kimi qara ləkə var. Görəsən, bu, İslam aləminin baxışlarına çoxmu uyğun idi? Bəlkə erməni quldurlarının işğal etdikləri bölgələrimizin məscidlərində donuz saxlamaları İslam aləminə məmnunluq hissi yaşadırdı? Hər halda, vilayətilərin durumdan xoşhal olduqları şübhəsizdir. Ona görə də onlar Qarabağ və işğal edilmiş digər torpaqlarımız erməni təcavüzündən qurtulduqda bildirdilər ki, bu, İranın strateji maraqlarına təhdiddir. Elə isə daha bir ritorik sual verək: İranın strateji maraqlarında İslama yönəlik hansısa həmrəylik özünü göstərirmi?

Ayrıca onu da vurğulayaq ki, məhz Vilayəti kimilərinin sərsəm düşüncələrinə görədir ki, hazırkı İran müsəlman aləminin antipatiya mənbəyidir. Görəsən, ölkə İslam dünyasındakı hansı dövlətlə yola gedir? Hər halda, sayları çox azdır. Üstəlik, hazırda beynəlxalq miqyasda müsəlmanlara qarşı nalayiq münasibətin, ümumən İslamofobiyanın daha bir səbəbi də məhz vilayətilərin daşıdıqları dini baxışlardır. Görəsən, belələrinə 12 günlük müharibə dərs olmadımı? Deyəsən, olmadı. Olmadı ki, Vilayəti köhnə klişelərə baş vurur. Özü də bu şəxs hələ, guya, təcrübəli diplomatdır.

Adama deyən lazımdır ki, bax sənin Pakistanın Azərbaycanla yaxşı əlaqələrinin olması ilə nə işin var? Danışmağa başqa sözünmü, mövzunmu yoxdur? Gərək, qonaq Pakistan rəsmisinə məhz bunu bildirəydin? Yaxşı, nə demək istəyirsən? İstəyirsən ki, Pakistan Azərbaycanla düşmən olsun? Bu mümkünsüzdür. Bəlkə Pakistan İran kimi Ermənistanla dostluq etsin? Bu da qeyri-mümkündür.

Əlqərəz, normal məntiq Əli Əkbər Vilayətinin əslində, nəyə nail olmaq istədiyini anlamaqda çətinlik çəkir. Normal məntiq Azərbaycanın Suriya ilə İsrail arasında vasitəçilik etmək missiyasına müsbət yanaşmalıdır. Hər halda, vasitəçilik barış naminəsidir? Bunun nəyi pis ola bilər ki? Bu kimi sualların sayını çoxaltmaq da mümkündür, mövzuya başqa səmtlərdən yanaşmaq da. Amma lüzum görmürük.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2025 06:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri