Icma.az
close
up
RU
Uşağı danışmağa öyrədirik

Uşağı danışmağa öyrədirik

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Nitqin inkişafında müxtəlif pozulmaları olan uşaqların sayı ildən ilə artır.

Bu məqalədə mütəxəssis defektoloqlar və loqopedlərin uşağın nitqinin inkişafına yönəlmiş sadə məsləhətləri toplanıb.

Beləliklə,

- Əgər siz uşağın nitqinin normal inkişafını istəyirsinizsə, körpə vaxtından uşaqla danışın, ona mağnılar, laylalar, uşaq şeirləri oxuyun. Bu çox vacibdir! Uşağı yedizdirdikdə, geyindirdikdə və s. bütün hərəkətlərinizi sözlərlə müşayiət edin. Məsələn, "İndi mama gözəl balasına dadlı bir sıyıq verəcək. Mənim balam böyük və güclü olacaq" və ya "Paltarımızı, ayaqqablarımızı geyinək, gedək gəzməyə, quşlara (pişiklərə, itlərə və s.) baxmağa" və s. Bəzi valideynlər təəccüblənir: "Axı uşaq heç nə başa düşmür!" Bu vacib deyil. Uşaq nə qədər çox nitq eşidərsə, onun nitq inkişafı da o qədər yaxşı gedəcək. Uşağın nitqinin inkişafı üçün ən pis variant - uşağı oyuncaqlarla dolu manejdə tək saxlamaqdır.

- Bir qədər böyümüş uşaqlarla belə oyun oynamaq olar. Uşağınızı üzbəüz otuzdurub, onunla elə danışın ki, uşaq sizin dodaqlarınızın hərəkətlərini (artikulyasiya) görsün. Onun barmaqlarını dodaqlarınızın üzərinə qoyub artikulyasiyanı hiss etməyə imkan verin.

- Çalışın ki, uşağınız əmzikdən mümkün qədər tez imtina etsin (daha yaxşı isə - uşağı əmziyə heç öyrəşdirməyin). Sübut olunub ki, əmziyə öyrəşən və əmziyi ağızdan buraxmayan uşaqlar daha gec danışmağa başlayır və onlarda artikulyasiya ilə bağlı müxtəlif problemlər yaranır.

- Uşağın 6 ayından sonra ona tədricən yeni qidalar verilməyə  başlanır. Yumşaq qidalarla (sıyıq, püre və s.) yanaşı uşağa tədricən daha bərk qidaları da verin (bu uşaq peçenyesi, suxari, meyvə tikələri və s. ola bilər). Uşağa bu qidaları barmaqlarla götürməyə və ağzına aparmağa öyrədin. Ümumillikdə uşağa qidanı boşqabdan barmaqlarla götürüb ağzına aparmağa qadağan etməyin. Bu da uşağın nitqin inkişafı üçün çox xeyirlidir.

- Uşağa dodaqlar və dillə müxtəlif hərəkətləri etməyi öyrədin (üfürmək, dil çıxartmaq, öpmək və s.).

- Uşaq sərbəst oturduqdan sonra, ona mayeni butulkadan yox, xüsusi uşaq fincanlardan içməyi öyrədin.

- Bütün sözləri düzgün və aydın şəkildə tələffüz edin. Sözləri qəsdən korlamayın, uşaqla "uşaq dilində" yox, adi dildə danışın.

- Uşağın barmaqların xırda hərəkətliliyini inkişaf etdirin. Bu nitqin inkişafına böyük kömək edir. Məsələ burasındadır ki, beyində barmaqların hərəkətliliyinə və nitqə cavabdeh olan mərkəzlər biri birinə yaxın yerləşir. Bu səbəbdən barmaqların hərəkətliliyinin inkişafı nitqin inkişafını stimulyasiya edir.

Bunun üçün uşağın barmaqlarını hər gün masaj edin (sığallayın, tərpədin və s.). Ona müxtəlif  xırda (çox xırda yox!) kublar, toplar və s. alın. Uşaq onları əlində tutmalı, atmalı, hər hansı qaba yığmalı və qabdan çıxartmalıdır və s.

Plastilinlə oynamaq da çox xeyirlidir (kiçik uşaqlar üçün xüsusi plastilin naborları var). Plastilindən əlavə uşağa bir tikə xəmir vermək olar ki, uşaq xəmiri barmaqları ilə əzsin, ondan hər hansı "fiqur" düzəltsin.

1 yaşlı uşağa rəngli təbaşir naborları, karandaşları alın və "şəkil çəkməyi" öyrədin.

Bir qədər böyük uşaqlara "leqo" konstruktorları və iri pazlları alın.

- 8-10 aylıq uşağa iri şəkillərlə olan kitabları alın. Uşağa kitabları oxuyun, şəkillərdə müxtəlif əşyaları, heyvanları göstərin və onların adlarını deyin və s.

- Uşaqla "telefon" oyunu oynayın, oyuncaqlarla (it, ayı, pişik, gəlincik və s.) müxtəlif səhnəcikləri qurun və s.

- Çalışın uşağınız digər uşaqlarla ünsiyyətdə olsun (qonaq gedin, uşaq ad günləri təşkil edin və s.).

- 1 yaşında olan uşağı mütləq loqopedin müayinəsindən keçirin.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri