Dar yolda səkini zəbt edib piyada və sürücüləri təhlükəyə atdı VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtda qayda pozan sürücü piyadaların təhlükəsiz şəkildə hərəkətinə əngəl törədib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” adresinə videomaterial göndərib. Hadisə yanvarın 29-da günorta saatlarında Rəsul Rza və Həzi Aslanov küçələrinin kəsişməsində qeydə alınıb. 99-LN-281 dövlət nömrə nişanlı “Ford Transit” markalı maşının sürücüsü səkini tamamilə zəbt edib. Nəticədə sözügedən ərazidən keçən piyadalar yolun hərəkət hissəsiylə getməli olublar. Şikayətçinin sözlərinə görə, xoşagəlməz mənzərə sürücülərə də təhlükə yaradıb. Belə ki, yolayırıcına daxil olan sürücülər sağdan gələn nəqliyyat vasitələrini görməkdə çətinlik çəkiblər.
Nərmin
Bu mövzuda digər xəbərlər:Qaranlıq yolda tükürpədici hadisə: Piyada özünü təhlükəyə atdı VİDEO
24 Sentyabr 2026 10:01
Binəqədidə zəbt olunmuş səki piyadaları və sürücüləri təhlükəyə atır VİDEO
04 May 2026 16:22
Səkini zəbt edən sürücü piyadaları təhlükəyə atdı 99 AN 021 FOTO
29 Aprel 2026 15:05
Yasamalda piyada zolağını zəbt edib uşaqların həyatını təhlükəyə atdı
13 Fevral 2026 14:18
Sürətli yolda həyatını təhlükəyə atdı Video
06 İyul 2026 11:56
Baxış sayı:228
Bu xəbər 29 Yanvar 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















