Icma.az
close
up
RU
Daş hesab edilirdi, amma əvəzsiz xəzinə çıxdı

Daş hesab edilirdi, amma əvəzsiz xəzinə çıxdı

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ-nin Luiziana ştatında bir ailənin illərdir bağda adi dekorativ daş hesab etdiyi mərmər lövhənin, əslində, təxminən 1900 illik Roma məzar daşı olduğu ortaya çıxıb. Kəşfdən sonra tarixi əsərin əsl dəyəri müəyyənləşdirilib və o, aid olduğu ölkəyə qaytarılıb.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə New Orleans şəhərinin tarixi Carrollton məhəlləsində yaşanıb. Antropoloq Daniella Santoro və həyat yoldaşı Aaron Lopez evlərinin həyətini təmizləyərkən sarmaşıqlar arasında qismən torpağa basdırılmış mərmər lövhə aşkar ediblər. Lövhənin üzərindəki latınca yazılar onun adi bəzək əşyası olmadığını göstərib.

Daşın üzərindəki “Dis Manibus” (“Ölülərin ruhlarına ithaf olunur”) ifadəsi mütəxəssislərin diqqətini çəkib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu mərmər lövhə Roma ordusunda 22 il xidmət etmiş Trakiya mənşəli əsgər Sextus Congenius Verusun xatirəsinə hazırlanmış məzar daşıdır. Yazılara görə, Verus 42 yaşında vəfat edib və abidə onun varisləri tərəfindən ucaldılıb.

Araşdırmalar göstərib ki, məzar daşı XX əsrin əvvəllərində İtaliyadakı National Archaeological Museum of Civitavecchia muzeyinin inventarında qeydiyyatda olub. Lakin 1943–1944-cü illərdə İkinci Dünya müharibəsi zamanı baş verən bombardmanlar nəticəsində minlərlə tarixi əsərlə birlikdə yoxa çıxıb. O vaxtdan etibarən əsər beynəlxalq siyahılarda itkin mədəni irs nümunəsi kimi axtarılırdı.

Məlum olub ki, məzar daşı müharibə illərində İtaliyada xidmət edən ABŞ hərbçisi Charles Paddock Jr. tərəfindən Amerikaya gətirilib. Uzun illər ailə yadigarı kimi saxlanılan əsər zamanla öz əhəmiyyətini itirib və nəhayət həyətə bəzək məqsədilə yerləşdirilib. Daha sonra isə torpaq və bitkilərin altında qalıb.

Hazırda ABŞ Federal Təhqiqat Bürosunun (FBI) İncəsənət Cinayətləri Bölməsinin koordinasiyası ilə qədim Roma abidəsi yenidən İtaliyanın Civitavecchia şəhərinə qaytarılır. Təxminən iki min il əvvəl yaşamış Roma əsgərinin xatirəsini yaşadan bu nadir əsər uzun illərdən sonra yenidən öz tarixi vətəninə qovuşacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 İyun 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri