Icma.az
close
up
RU
Azərbaycan nağdsız ödənişlərdə bir çox ölkələri geridə qoyub

Azərbaycan nağdsız ödənişlərdə bir çox ölkələri geridə qoyub

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda ödəniş kartları ilə həyata keçirilən nağdsız ödənişlərin illik məbləği 100 milyard manata, onun xüsusi çəkisi isə 68 %-ə çatıb ki, bu da bir çox ölkələrdən üstün göstəricidir.

Bunu "Mastercard Advisors & Consulting Services" şirkətinin nümayəndəsi Eren Özkan Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.

"Azərbaycan regionda rəqəmsallaşma baxımından ən sürətlə inkişaf edən, ən qabaqcıl mövqelərə yüksələn ölkələrdən biridir. Rəqəmsallaşmanın əsas göstəricilərindən biri kart əməliyyatlarının hansı hissəsinin nağdsız formada həyata keçirilməsidir. Təxminən 10 il əvvəl Azərbaycanda bu göstərici 10 % ətrafında idisə, hal-hazırda 68 %-ə yüksəlib. Bu, həqiqətən böyük sıçrayışdır. Azərbaycan bu göstərici üzrə bir çox ölkəni, o cümlədən ÜDM-i dəfələrlə çox olan ölkələri geridə qoyub", - deyə o qeyd edib.

"Ümumiyyətlə, təxminən hər 10 ildən bir ödəniş ekosistemində ciddi dəyişiklik baş verir. 20-30 il əvvələ nəzər salsaq, əsas ödəniş vasitəsinin plastik kartlar olduğunu görərik. Daha sonra təmassız ödəniş texnologiyaları inkişaf etdi və kartlardan çip, PİN və ya maqnit zolaqdan istifadə etmədən təmassız ödənişlər aparmaq mümkün oldu. Növbəti mərhələdə isə mobil cihazlar və smartfonlar bu sahədə ön plana çıxdı. Bu baxımdan mobil ödənişlərin inkişafı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Təxminən dörd il əvvəl "Apple Pay" və "Google Pay" kimi texnologiyaların Azərbaycanda istifadəyə verilməsindən sonra bu sahədə ciddi irəliləyiş əldə olunub. Hazırda hər iki təmassız əməliyyatdan biri mobil telefon vasitəsilə həyata keçirilir. Bu, həqiqətən də yüksək göstəricidir. Dünyada bu səviyyəyə çatan ölkələrin sayı çox deyil. Böyük Britaniya və Sinqapur kimi ölkələr də bu baxımdan ön sıralardadır. Azərbaycan isə regionumuzda, xüsusilə Şərqi Avropa coğrafiyasında mobil ödənişlərin tətbiqi və istifadəsi üzrə ən qabaqcıl ölkələrdən biridir",- deyə "Mastercard" rəsmisi əlavə edib.

Bundan başqa, o deyib ki, ödəniş sistemlərinə yatırılan investisiyalar üç-beş ilə özünü doğrultmalıdır. "Regionumuzda banklar arasında çox yaxşı rəqabət, ciddi yarış var. Hər kəs yeni texnologiyalara uyğunlaşmağa çalışır. Banklarımızdan və yaxud fintexlərimizdən biri hansısa yeniliyi tətbiq edəndə digərləri də, təbii ki, buna cavab vermək istəyir. Amma əslində, eyni həlli tətbiq edən ikinci oyunçu olmaqdansa, bu yeniliyin mənim fəaliyyətimə iqtisadi dəyər qazandırıb-qazandırmayacağını, müştərilərimin buna maraq göstərib-göstərməyəcəyini düşünmək daha vacibdir. Çünki investisiyanın gəlirliliyi (return on investment) nəzərə alınmadıqda, bazarda çoxsaylı mobil pul kisələri, rəqəmsal tətbiqlər və digər həllər yarana bilər. Lakin bunlar istifadə olunmadıqdan sonra iqtisadiyyata verdiyi dəyər də o qədər böyük olmur".

"Buna görə də müştəri kütləsini, bazarın hansı istiqamətdə inkişaf edəcəyini və hansı istifadə ssenarilərinin əhəmiyyət daşıyacağını nəzərə alaraq ağıllı investisiyalar etmək vacibdir. Ödəniş sistemləri sahəsində tətbiq edəcəyimiz həllərin qarşıdakı üç-beş il ərzində xərclərini qarşılayaraq zərərsizlik nöqtəsinə (break-even) çatıb-çatmayacağını əvvəlcədən qiymətləndirməliyik. Hesab edirəm ki, bu amilləri nəzərə alaraq düzgün strategiya seçmək və bazarda ağıllı rəqabət aparmaq prioritet istiqamətlərdən biri olacaq", - deyə E.Özkan vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://banco.az
archiveBu xəbər 24 Noyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri