Icma.az
close
up
RU
Milli təhlükəsizlik və süni intellekt

Milli təhlükəsizlik və süni intellekt

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Süni intellekt strateji amil kimi

Süni intellekt müasir tarixi mərhələdə ciddi təsiri olan strateji inkişaf vasitəsi olaraq qəbul edilir. Dövlət səviyyəsində süni intellekt qərarların qəbul edilməsini sürətləndirir, məhsuldarlığı artırır və yeni rəqabət üstünlükləri formalaşdırır. Onların sırasında texniki aspektdə aşağıdakı başlıca elementləri vurğulaya bilərik. 

Birincisi, süni intellekt milli təhlükəsizliyin təmini kontekstində iqtisadi inkişafda xüsusi rol oynaya bilər. Onun əsas təsir mexanizmləri əmək məhsuldarlığının dinamik artırılmasına, rəqəmsal infrastrukturun və dövlət idarəçiliyinin ahəngdar inkişafına nail olmaqda  özünü göstərə bilər, milli təhlükəsizlik məsələlərinə təsir göstərər. 

Burada müasir iqtisadi sistem üçün prinsipial əhəmiyyət daşıyan üç mühüm faktorun qarşılıqlı münasibətlərinin süni intellektin tətbiqi sayəsində uzlaşdırılması faktoru vacib məqamı təşkil edir. Əmək məhsudarlığının dinamik yüksəlişi ilə dövlət idarəçiliyinin davamlı inkişafı məsələləri rəqəmsal infrastrukturun yaradılması bünövrəsində birləşdirilir. Rəqəmsal infrastrukturun vurğulanan istiqamətlərdə formalaşması birbaşa süni intellektin ən yeni informasiya-kommunikasiya texnologiyaları kontekstində tətbiqi ilə birbaşa bağlıdır.  

Şübhə yoxdur ki, bütün bu kompleks təsir vasitəsi milli təhlükəsizliyin təmininə müsbət təsir edən mühitin yaradılmasında xüsusi rol oynayır. Süni intellektin milli təhlükəsizlik kontekstində yeri və rolu yalnız daxili mühitlə məhdudlaşmır. Mütəxəssislər burada beynəlxalq rəqabət məsələsini ayrıca aktuallaşdırırlar. Hesab edilir ki, vurğulanan səbəblərdən ölkələr texnoloji suverenliyi gücləndirmək və genişlənən rəqəmsal uçurumun qarşısını almaq üçün milli süni intellektin inkişaf strategiyalarını hazırlayırlar. Azərbaycanda artıq belə bir mükəmməl strategiya hazırlanmışdır.  

Süni intellekt strategiyası

“Azərbaycan Respublikasının ­2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nın (19 mart 2025-ci il) 3-cü bəndində yazılmışdır: “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarında (qurumlarında) süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini həyata keçirsin, o cümlədən dövlət orqanlarında (qurumlarında) süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün”.

Burada süni intellektin tətbiqi və hesablama gücü xüsusi yer tutur. Ayrıca, mütəxəssislər informasiya təhlükəsizliyində alqoritmik səhvlər və tənzimləyici maneələrlə bağlı riskləri vurğulayırlar. Bunlarla yanaşı, Strategiyanın “Qısa xülasə” hissəsində vurğulanır: “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda informasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidlərin və risklərin əvvəlcədən müəyyən edilməsi, eləcə də onlara qarşı görülməli tədbirlərin proqnozlaşdırılması məqsədilə süni intellekt əsaslı həllərin işlənib hazırlanması və tətbiqinin təşkil edilməsi nəzərdə tutulur”.

Bu müddəa birbaşa milli təhlükəsizlik məsələsinə çıxışdır. Həmin bağlılıqda iki istiqamət Strategiyada ayrıca maddələrdə qeyd edilmişdir. 

Birincisi, “İctimaiyyətin süni intellekt barədə məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin təşkili, habelə süni intellektlə bağlı etik prinsiplərin qorunması əsas prioritetlərdən biri olacaqdır. Məlumatların məxfiliyinin və fərdi məlumatların qorunması üçün normativ hüquqi bazanın gücləndirilməsi süni intellektdən təhlükəsiz istifadəyə şərait yaradacaqdır”.

İkincisi, konkret şəkildə milli təhlükəsizliyiə aid olan “Strategiyanın məqsədləri” bölməsi tərkibində 5.1.13-cü maddədir. Orada yazılmışdır: “milli təhlükəsizliyin, o cümlədən informasiya təhlükəsizliyinin, informasiyanın manipulyasiyasının, habelə dezinformasiya hücumlarının qarşısının alınması və süni intellekt sistemlərinin mühafizəsinin təmin edilməsi üçün süni intellekt üzrə rəqəmsal alətlərin etimadlılıq səviyyələrinin gücləndirilməsi və süni intellektin tətbiqinin genişləndirilməsi”.

Yuxarıda vurğulanan özəlliklərdən aşağıdakı mühüm nəticəni ala bilərik.

İkili xarakter

Süni intellekt yeni texnoloji-informasiya-kommunikasiya fenomeni kimi mahiyyətcə tətbiqi aspektdə iki funksiyaya malikdir – o, inkişafın yeni dinamikasını istiqamətləndirən pozitiv faktor rolunu oynaya bilər, eyni zamanda, sürətli istifadəsi nəticəsində ayrı-ayrı cəmiyyətlərdə meydana gələn innovativ situasiyanın dünya miqyasında  insanın dərk etməsinə zamanı çatmayanda hansı neqativ halları meydana çıxara biləcəyi ehtimlaı yüksəkdir.    

Yəni o, dövlətlərin müdafiə imkanlarını gücləndirməklə yanaşı, kibercinayətkarlar, terrorçu qruplar və digər qeyri-dövlət aktorları tərəfindən də dezinformasiya, kiberhücum, saxta media məzmunu və avtomatlaşdırılmış manipulyasiya məqsədilə istifadə oluna bilər. Buna görə də süni intellektin milli təhlükəsizlik kontekstində tətbiqi texnoloji imkanlarla yanaşı, hüquqi, etik və institusional mexanizmlərin də inkişafını tələb edir.

Bunlardan isə, öz növbəsində, milli təhlükəsizlik kontekstində vacib bir ehtiyacın meydana gəldiyini qeyd etmək olar. ­Konkret olaraq: “Süni intellekt analitikasını strateji seçimlər və milli təhlükəsizliyin təmin edilməsi ilə birləşdirmək ehtiyacı” yaranır. Məsələnin bu aspektinə nəzər salaq. 

Milli təhlükəsizlik strateji seçimlər prizmasında

Strateji seçimin elmi ədəbiyyatda tərifi ümumi olaraq aşağıdakı kimidir: “Strateji seçim, dövlətin strateji seçimi statusunda, dəyişən dünyada inkişaf prioritetlərinin, xarici siyasətinin və təhlükəsizlik modelinin uzunmüddətli müəyyənləşdirilməsidir. Bu seçim gələcək illər və onilliklər üçün qərarların istiqamətini müəyyən edir”.

Bununla bağlı tədqiqatçılar müxtəlif qənaətlər əldə etmişlər. Məsələn, vurğulanır ki, “Müasir qlobal iqtisadi və siyasi sistemin məruz qaldığı sistemli transformasiyalar kontekstində əksər dövlətlər inkişafları üçün yeni strategiyalar hazırlamağa və yeni dünya nizamı daxilində statuslarını təsdiqləməyə məcburdurlar. Bu vəzifə, xüsusilə nisbətən yeni "Qlobal Cənub" kateqoriyasına aid olan geniş spektrli dövlətlər üçün aktualdır. Onların strateji seçimləri hazırda qlobal nizam transformasiyalarının dinamikasını müəyyən edir” (Van Lyüin).

Süni intellektin ikili təbiəti və strateji seçim faktoru prizmasında milli təhlükəsizliklə bağlı iki mühüm xüsusiyyəti vurğulamaq olar. Süni intellektin milli təhlükəsizlik üçün yaratdığı əsas imkanlarla əlaqəlidir. 

Əsas imkanlar

Süni intellekt müxtəlif təbiətli şəbəkələrdə və informasiya sistemlərində özünü göstərən qeyri-adi təzahürləri real vaxt rejimində müəyyənləşdirə bilər. Nümunə kimi, zərərli proqram təminatının və şübhəli davranışların aşkar edilməsini, kiberhücumların nümunələrinin təhlil edilməsini, sosial mühəndislik cəhdlərinin müəyyənləşdirilməsini, informasiya sistemlərinin zəif cəhətlərinin proqnozlaşdırılmasını həyata keçirə bilər. Bunlarla yanaşı, təhlükəsizlik hadisələrinə avtomatik və sürətli cavab verilməsini reallaşdıra bilər. 

Burada qısa bir müqayisə aparmaq maraqlı olardı. Ənənəvi təhlükəsizlik sistemləri çox vaxt əvvəlcədən məlum olan hücumları önləmək və ya ­neytrallaşdımaq strategiyasına ­əsaslanır. Süni intellekt isə alqoritmlərin analizi vasitəsilə öncələr müşahidə olunmamış hücum formalarını da müəyyən edə bilər. 

Məsələn, kəşfiyyat və müxtəlif təbiətli risklərin proqnozlaşdırılmasında süni intellekt faydalı olur.  Konkret olaraq, süni intellekt müxtəlif mənbələrdən daxil olan məlumatları – açıq mənbə informasiyasını, peyk görüntülərini, sosial media məlumatlarını, iqtisadi göstəriciləri və digər analitik materialları – sürətlə emal edə bilər. 

Bunlar ona işarə edir ki, süni intellekt başlıca infrastruktur sferalarının müdafiəsində ciddi rol oynaya bilər.   

İnfrastrukturun müdafiəsi

Milli təhlükəsizliyin mühüm elementləri müəyyən olunmuşdur. Onların sırasında energetika, nəqliyyat, rabitə, maliyyə, su ­təchizatı və səhiyyə sistemlərini göstərə bilərik. Cəmiyyət inkişaf etdikcə yeni sahələr də meydana gəlir. Süni intellekt infrastrukturun müdafiəsində avadanlıqların texniki vəziyyətini izləyə bilər. O, qəza ehtimalını əvvəlcədən proqnozlaşdırmağa ciddi yardım edər. Süni intellektin tətbiqi sayəsində enerji və resurs axınlarını optimallaşdırmaq mümkün olar. Öncədən fiziki və kiber müdaxilələri müəyyənləşdirmək imkanı yaranar.

Bunlarla yanaşı, əhəmiyyətli bir xüsusiyyəti də vurğulamaq gərəkdir - süni intellekt sistemlərinin özünün müdafiəsi ayrıca prioritet olmalıdır.

Belə alınır ki, süni intellektin milli təhlükəsizlik kontekstində tətbiqinin dörd əsas istiqaməti mövcuddur. 

Birincisi, təhlükələrin əvvəlcədən müəyyənləşdirilməsində süni intellekt prinsipial rol oynaya bilər.

İkincisi, təhlükəsizlik proseslərinin avtomatlaşdırılmasını reallaşdırmaqda süni intellekt həlledici rol oynayır.

Üçüncüsü, süni intellekt informasiya müharibəsi və dezinformasiya ilə mübarizədə prinsipial funksiya yerinə yetirə bilər.  

Dördüncüsü, strateji qərarların məlumat əsaslı qəbulunun təmin edilməsi prosesində süni intellektin həlledici funksiyaya sahib olması real faktdır.

Beləliklə, süni intellektin düzgün tətbiqi milli təhlükəsizliyin təminində yeni imkanlar yarada bilər. Ancaq bununla yanaşı, süni intellektin özü ciddi risk faktoruna da çevrilər.

Əsas risklər

Adətən burada aşağıdakı faktorları qeyd edirlər:

– Məlumat təhlükəsizliyi;

– Alqoritmik qərəz;

– Texnoloji asılılıq;

– Məsuliyyətin qeyri-müəyyənliyi.

Süni intellektin malik olduğu böyük məlumat bazalarından informasiya sızmaları ola bilər ki, onlar da şəxsi həyatın toxunulmazlığına, dövlət sirrinə və kritik informasiya resurslarına təhlükə yarada bilər. Artıq bununla bağlı dünya miqyasında çoxlu sayda faktlar mövcuddur. İnsanlaırn şəxsi həyatı sanki getdikcə daha böyük ölçüdə müdaxilələrə məruz qalır. Təəccüblüdür ki, siyasi dairələr bunun yolverilməz olduğunu həmişə vurğulayırlar, lakin yenə də eyni hadisələr baş verir.

Bundan başqa, süni intellekt yanlış, natamam və ya qərəzli məlumatlarla öyrədildikdə səhv nəticələr verə bilər. Texnoloji asılılıq kontekstində xarici proqram təminatından, bulud xidmətlərindən və çip texnologiyalarından asılılıq milli rəqəmsal suverenliyi zəiflədə bilər.

Nəhayət, süni intellektin verdiyi qərar nəticəsində zərər yarandıqda məsuliyyətin kimə aid olduğu aydın müəyyən edilməlidir. 

Beləliklə, süni intellektin tətbiqinin milli təhlükəslziyin təmini kontekstində əhəmiyyəti şübhə doğurmur. Azərbaycan bu məsələni hərtərəfli nəzərə alan dövlətdir. Yeni tarixi mərhələdə süni intellektin tətbiqinin milli təhlükəsizliklə sıx bağlılığı daha mükəmməl şəkildə özünü göstərməkdədir. Bu prosesin davamlı olacağına mütəxəssislər şübhə etmirlər. 

Füzuli Məhəmmədoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri