Icma.az
close
up
RU
Daşkənddə “Şuşada bitən yuxu” kitabının özbək dilində təqdimatı keçirilib

Daşkənddə “Şuşada bitən yuxu” kitabının özbək dilində təqdimatı keçirilib

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı Könül Fazilqızının Qarabağ müharibəsi şəhidi Teymur Məcidzadəyə həsr olunmuş “Şuşada bitən yuxu” kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, kitab Özbəkistanın “Yoshlar matbuoti” nəşriyyatında Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə edilərək çap olunub və Azərbaycan ədəbiyyatının təbliği, həmçinin Vətən uğrunda canını fəda edən qəhrəmanların xatirəsinin yaşadılması istiqamətində həyata keçirilən layihələr silsiləsinə daxildir.
Tədbirdə şəhidin anası Yasəmin Camalova, bacısı Vahida Nəcəfova, Özbəkistanın elmi və mədəni ictimaiyyətinin nümayəndələri, Daşkənd universitetlərinin professor-müəllim heyəti, tələbələr və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Təqdimatın moderatoru, Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin professoru, “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov bu kimi nəşrlərin iki qardaş xalq arasında mədəni və mənəvi əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında qeyd edib ki, “Şuşada bitən yuxu” kitabı Azərbaycan xalqının poetik salnaməsidir — burada həm itkilərin ağrısı, həm də Şuşanın azad olunması ilə gələn böyük Zəfərin sevinci öz əksini tapıb. O bildirib ki, Teymur Məcidzadə obrazı yalnız bir qəhrəmanın deyil, bütöv bir xalqın iradəsini, mərdliyini və vətənpərvərliyini təcəssüm etdirir. Direktor əlavə edib ki, bu kimi ədəbi layihələr Azərbaycan və Özbəkistan xalqları arasında mədəni inteqrasiyanın daha da dərinləşməsinə, ortaq türk köklərinə və mənəvi dəyərlərin birliyinə xidmət edir.
Tədbirdə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin professoru Niqina Şermuhəmmədova, şair və tərcüməçi Şəhla Qasımova, dosent Rəna Qədirova və digər çıxışçılar əsər haqqında fikirlərini bölüşərək 44 günlük Vətən müharibəsi dövründə Özbəkistanın Azərbaycana göstərdiyi mənəvi dəstəyi yüksək qiymətləndiriblər.
Kitabın tərcüməçisi Xulkaroy Rəcəbova çıxışında əsərin tərcümə prosesindən danışaraq bildirib ki, bu iş onun üçün sadəcə bir peşəkar təcrübə deyil, həm də Azərbaycan xalqına mənəvi yaxınlıq və qardaşlıq hissinin ifadəsi olub.
Şəhidin bacısı Vahida Nəcəfova isə çıxışında qeyd edib ki, qardaşının xatirəsinə həsr olunmuş bu kitab onun ailəsi üçün böyük mənəvi təsəlli mənbəyidir. O bildirib ki, Teymur kimi qəhrəmanların adının ədəbiyyatda yaşadılması gələcək nəsillərə Vətən sevgisini, azadlıq ruhunu və qürur hissini aşılayır.
Şəhidin anası Yasəmin Camalova çıxışında dərin kədər və qürurla oğlundan bəhs edərək deyib: “Biz torpaqlarımızı sülh yolu ilə qaytara bilmədik, Teymur isə Vətəni qorumağa getdi. O, Azərbaycanı həyatından çox sevirdi və qısa, lakin şərəfli bir ömür yaşadı. Bütün şəhidlərimizə Allah rəhmət eləsin.”
Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarı Bülbül” teatr qrupunun kitab motivləri əsasında hazırladığı səhnə kompozisiyası və Mərkəzin “Qarabağ zəfəri” rəqs ansamblının milli rəqslərimizdən ibarət çıxışı təqdim olunub. Aktyorların yüksək emosional ifası və qəhrəmanların obrazlarını böyük ustalıqla canlandırması tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və dərin təsir bağışlayıb.
Mərasimin sonunda səhnədə səslənən mahnının müşayiəti ilə Azərbaycanın müqəddəs üçrəngli bayrağı dalğalanıb — bu an Vətənin azadlığı, xalqın birliyi və qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramın simvoluna çevrilib.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Noyabr 2025 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri