Icma.az
close
up
RU
Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan kitabının təqdimatı olub

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan kitabının təqdimatı olub

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin  təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Azərbaycanda tanınan şairə Mahirə Nağıqızının özbək dilində Daşkənddə çap olunan “Yenə ay keçər, illər ötər” şeirlər kitabının təqdimatı keçirilib.

Mərkəzdəki Heydər Əliyev Muzeyində baş tutan təqdimat mərasimində Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin müəllimləri, tələbələr iştirak edib.

Kitabın layihə rəhbəri və “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru, dosent Kərimulla Məmmədzadə, redaktoru Məhbubə Orazbayeva, tərcüməşiləri Nəsibə Abduzairova, Dürdanə Amanova və Abdirahim Elboyevdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli təqdimat mərasimini açaraq bildirib ki, Mahirə Nağıqızı istedadlı şairə, çalışdığı ali məktəbdə tələbələrin sevimlisi olan pedaqoq, vətənini çox sevən bir ziyalıdır.

Mahirə Nağıqızının həm alim, həm də şair kimi çoxlu kitabları, məqalələri var, elm aləmində yaxşı tanınır, həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində elmi konfranslara dəvət alır. Pedaqoq kimi “İlin ən yaxşı müəllimi” adına layiq görülüb, Azərbaycanın “Qabaqcıl təhsil işçisi” döş nişanını və “İlin alimi” Media mükafatını alıb.

A.Marifli deyib ki, bu, Mahirə Nağıqızının özbək dilində işıq üzü görən birinci kitabıdır və gələcəkdə digər kitablarının çapını da nəzərdə tuturuq.  

Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Qayrat Məcid bu münasibətlə Mahirə Nağıqızını təbrik edərək kitabdakı şeirlərin məziyyətləri haqqında söhbət açıb. O deyib ki, Mahirə Nağıqızının şeirlərində anaya və vətənə məhəbbət qırmızı xətt kimi keçir. Əminəm ki, bu toplu özbək oxucularının sevimli kitablarından biri olaacaq. 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov, bu institutun professoru Sevinc Əliyeva, Bakı Dövlət Universitetinin müəllimi, dosent Sevinc Ruinten, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Tədqiqatlar Mərkəzinin rəhbəri, dosent Gülbahar Aşurova, kitabın layihə rəhbəri Kərimulla Məmmədzadə, toplunun tərcüməçiləri və başqaları çıxış edərək kitabda toplanan şeirlər haqqında fikirlərini bildiriblər. 

Sonra Azərbaycan və Özbəkistan prezidentlərinin görüşlərini əks etdirən videofilm nümayiş etdirilib.

Mərasimin sonunda Mahirə Nağıqızı çıxış edərək kitabın tərcüməsi və çapı üçün Mədəniyyət Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib, Ana, Vətən, Qərbi Azərbaycan mövzusunda qələmə aldığı şeirlərini oxuyub.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri