Icma.az
close
up
RU
“Şuşada bitən yuxu” kitabının özbək dilində nəşrinin Daşkənddə təqdimatı keçirilib

“Şuşada bitən yuxu” kitabının özbək dilində nəşrinin Daşkənddə təqdimatı keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı Könül Fazilqızının Qarabağ müharibəsi şəhidi Teymur Məcidzadəyə həsr olunmuş “Şuşada bitən yuxu” kitabının özbək dilində nəşrinin təqdimatı keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhidin anası Yasəmin Camalova, bacısı Vahida Nəcəfova, Özbəkistanın elmi və mədəni ictimaiyyətinin nümayəndələri, Daşkənd universitetlərinin professor-müəllim heyəti, tələbələr və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Kitab Özbəkistanın “Yoshlar matbuoti” nəşriyyatında Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə edilərək çap olunub və Azərbaycan ədəbiyyatının təbliği, həmçinin Vətən uğrunda canını fəda edən qəhrəmanların xatirəsinin yaşadılması istiqamətində həyata keçirilən layihələr silsiləsinə daxildir.

Təqdimatın moderatoru, Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin professoru, “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov bu kimi nəşrlərin iki qardaş xalq arasında mədəni və mənəvi əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, “Şuşada bitən yuxu” kitabı Azərbaycan xalqının poetik salnaməsidir — burada həm itkilərin ağrısı, həm də Şuşanın azad olunması ilə gələn böyük Zəfərin sevinci öz əksini tapıb. O bildirib ki, Teymur Məcidzadə obrazı yalnız bir qəhrəmanın deyil, bütöv bir xalqın iradəsini, mərdliyini və vətənpərvərliyini təcəssüm etdirir. Direktor əlavə edib ki, bu kimi ədəbi layihələr Azərbaycan və Özbəkistan xalqları arasında mədəni inteqrasiyanın daha da dərinləşməsinə, ortaq türk köklərinə və mənəvi dəyərlərin birliyinə xidmət edir.

Tədbirdə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin professoru Niqina Şermuhəmmədova, şair və tərcüməçi Şəhla Qasımova, dosent Rəna Qədirova və digər çıxışçılar əsər haqqında fikirlərini bölüşərək 44 günlük Vətən müharibəsi dövründə Özbəkistanın Azərbaycana göstərdiyi mənəvi dəstəyi yüksək qiymətləndiriblər.

Kitabın tərcüməçisi Xulkaroy Rəcəbova çıxışında əsərin tərcümə prosesindən danışaraq bildirib ki, bu iş onun üçün sadəcə bir peşəkar təcrübə deyil, həm də Azərbaycan xalqına mənəvi yaxınlıq və qardaşlıq hissinin ifadəsi olub.

Şəhidin bacısı Vahida Nəcəfova isə çıxışında qeyd edib ki, qardaşının xatirəsinə həsr olunmuş bu kitab onun ailəsi üçün böyük mənəvi təsəlli mənbəyidir. O bildirib ki, Teymur kimi qəhrəmanların adının ədəbiyyatda yaşadılması gələcək nəsillərə Vətən sevgisini, azadlıq ruhunu və qürur hissini aşılayır.

Şəhidin anası Yasəmin Camalova dərin kədər və qürurla oğlundan bəhs edərək deyib ki, Teymur Azərbaycanı həyatından çox sevirdi və qısa, lakin şərəfli bir ömür yaşadı.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr qrupunun kitabın motivləri əsasında hazırladığı səhnə kompozisiyası və Mərkəzin “Qarabağ zəfəri” rəqs ansamblının milli rəqslərimizdən ibarət çıxışı təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri