Icma.az
close
up
RU
Daşkəsən ictimaiyyəti Heydər Əliyevi andı FOTO

Daşkəsən ictimaiyyəti Heydər Əliyevi andı FOTO

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən ümumrayon toplantısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Bayramov, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, çoxsaylı YAP fəalları, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzülərək, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiram bildirilib. Eyni zamanda Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ziyarət olunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara, həmçinin kitab sərgisinə, yeniyetmə və gənclərin əl işlərinə baxış da keçirilib.

Gununsesi.info xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısı Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Ümumrayon toplantısını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov açaraq Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib. İcra başçısı Orxan Abbasov məruzəsində Ümummilli Liderin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işlərdən, ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunması və möhkəmləndirilməsi yolunda tarixi xidmətlərindən bəhs edib. Ulu Öndərin alternativi olmayan düşünülmüş daxili və xarici siyasətinin onun layiqli siyasi varisi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və həmin siyasi kursun Azərbaycanın sabitliyinin, inkişafının və beynəlxalq nüfuzunun daha da güclənməsinin əsas təminatı olduğunu vurğulayıb.

Millət vəkili Kamran Bayramov çıxışında bildirib ki, məhz Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində ölkəmizin müstəqilliyi qorunub saxlanılmış, sözün əsl mənasında iqtisadi və siyasi sabitlik təmin olunmuşdur.

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva isə diqqətə çatdırıb ki, Ulu Öndərin təhsilə göstərdiyi xüsusi qayğı nəticəsində ölkəmizdə savadlı, vətənpərvər gənc nəslin formalaşması üçün möhkəm zəmin yaranmışdır. Bu gün Azərbaycan gəncliyi həmin işıqlı ideyalar əsasında yetişərək dövlətimizin gələcək inkişafında fəal rol oynayır.

Sonra Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin “Mədəniyyət və incəsənət” şöbəsinin bədii rəhbəri Anar Əsgərov olan Qəmbər Hüseynli adına İnstrumental Ansamblın Ulu Öndər Heydər Əliyevin sevimli mahnı və musiqilərindən ibarət konsert proqramı təqdim olunub. İncəsənət kollektivinin ifasında musiqi nömrələri alqışlarla qarşılanıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 May 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri