Icma.az
close
up
RU
General rütbəsi verilən Vətən Müharibəsi Qəhrəmanı Bacısı oğlu şəhiddir DOSYE

General rütbəsi verilən Vətən Müharibəsi Qəhrəmanı Bacısı oğlu şəhiddir DOSYE

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. Ona general-mayor rütbəsi verilib.
Füzuli İmrəliyev bu ilin may ayında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini təyin olunub.
Qeyd edək ki, Füzuli İmrəliyev İkinci Qarabağ müharibəsindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fərxri adı alan 83 döyüşçüdən biridir.

Bu şərəfli ada Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində xidmət edən 2 general-leytenant, 3 general-mayor, 10 polkovnik, 13 polkovnik-leytenant, 1 nəfər 1-ci dərəcəli kapitan, 18 mayor, 13 kapitan, 6 baş leytenant, 6 baş gizir, 2 gizir, 5 kiçik gizir, 1 kiçik miçman və 3 əsgər layiq görülüb.
“Vətən Müharibəsi Qəhrəmanı” adı verilən hərbçilərin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə sağdır.
Füzuli İmrəliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə təyinat almazdan öncə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çalışıb.
Modern.az-ın məlumatına görə, ata-babaları əslən Cəbrayıl rayonundan olan Füzuli Şiraslan oğlu İmrəliyev Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib.
Hərbi məktəbi bitirdikdən sonra xidmətə başlayan F.İmrəliyev 2008-ci ildə baş leytenant olarkən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
O, 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalına layiq görülüb.
Füzuli İmrəliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayarkən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Həmin vaxt o, polkovnik-leytenant rütbəsində idi.

İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd, Murovdağ istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. O, Hadrut əməliyyatının rəhbərlərindən biri olub. Şuşanın azad edilməsi üçün xüsusi qəhrəmanlıq göstərib, döyüşlər zamanı düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində fərqlənib. F.İmrəliyev Daşaltı kəndinin düşməndən təmizlənməsi məqsədilə həyata keçirilən döyüş əməliyyatı zamanı yaralanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən, Füzuli İmrəliyev İkinci Qarabağ müharibəsində hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdiyinə görə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb.
F.İmrəliyev ölkə başçısının 2020-ci ilin dekabrında imzaladığı sərəncamlarla "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilədə təltif edilib.
Vətən Müharibəsindən sonra hərbi fəaliyyətini DTX-da polkovnik rütbəsində davam etdirən Füzuli İmrəliyev Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülüb.
Qeyd edək ki, Füzuli İmrəliyevin bacısı oğlu, baş çavuş Məhəmməd Hüseynov 44 günlük müharibədə şəhid olub.

Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən Məhəmməd Hüseynov şəhid olarkən 26 yaşında idi.
O, Türkiyədə Jandarma Komando məktəbində 6 aylıq xüsusi təyinatlılar kursunu keçmiş, paraşutla atlanma, əlbəyaxa döyüş və sualtı dalğıc kurslarında yüksək məharət göstərərək fərqlənmə diplomları ilə təltif edilmişdi.
İkinci Qarabağ müharibəsində Murovdağ uğrunda döyüşlərdə iştirak edən xüsusi təyinatlımız, daha sonra dədə-baba yurdu olan Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərə qoşulmuşdu. Baş çavuş M.Hüseynov 8 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonu ərazisində gedən döyüşlər  zamanı şəhid olub. O, 4 bacının tək qardaşı idi.
Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamları ilə Məhəmməd Alik oğlu Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medaları ilə təltif edilib. Şəhidin bir oğul övladı yadigarı qalıb.
Məhəmməd Hüseynovun əmisi Hüseyn Hüseynov da Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. 
Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyev və onun şəhid olan bacısı oğlu Məhəmməd Hüseynov Azərbaycanın məşhur Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevin nəslindəndirlər.
Füzuli İmrəliyev Sərdar İmrəliyevin qardaşı oğlu, Məhəmməd Hüseynov isə nəvəsidir.

Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyev 1930-cu ildə Cəbrayıl rayonun Horovlu kəndində anadan olub. Sonradan Beyləqan rayonuna köçüb. O, Beyləqan rayonunun Bahar qəsəbəsində yaşayarkən mexanizator işləyib, pambıqçılıq briqadasının briqadiri olub. Vaxtilə Sovet İttifaqı miqyasında tanınan Sərdar İmrəliyev pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olub. Tanınmış mexanizator öz briqadası ilə maşınla pambıq yığımı üzrə dövlət planlarını dalbadal yerinə yetirib. Onun iş təcrübəsini öyrənmək üçün işlədiyi sovxozda “Sərdar məktəbi” yaradılıb. 1966-cı ildə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib, 1975-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub.
S.İmrəliyev SSRİ Ali Sovetinin deputatı olub (6, 7, 8, 9, 10-cu çağırışlarda). 4 dəfə “Lenin” və 3 dəfə “Oktyabr inqilabı” ordenləri ilə təltif edilib.
Azərbaycanda Sərdar İmrəliyev Sərdar İmrəliyev haqqında televiziya filmi çəkilib.
12 övlad atası olan məşhur pambıqçı 25 yanvar 1987-ci ildə (57 yaşında) vəfat edib.


Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri