Daşkəsən şəhərində LED lampalı müasir işıq dirəkləri quraşdırılır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Daşkəsən, 12 iyun, Vüsalə Cənnətova, AZƏRTAC
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Daşkəsən şəhəri ərazisində LED lampalı işıq dirəklərinin quraşdırılması layihəsi icra olunur.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, TİKA-nın sədr müavini Ümit Naci Yorulmaz, Agentliyin Bakı proqram koordinatoru Hayrettin Özçelik layihənin icrası prosesi ilə tanış olublar. Layihə çərçicəsində Daşkəsən şəhərinin müxtəlif yerlərində ənənəvi küçə lampalarından daha səmərəli hesab edilən, ümumilikdə 60 ədəd LED lampalı işıq dirəyi quraşdırılacaq.
Layihə üzrə işlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 12 İyun 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















