Icma.az
close
up
RU
Daşkəsəndə minadan zərərçəkənlərin ehtiyacları öyrənilir

Daşkəsəndə minadan zərərçəkənlərin ehtiyacları öyrənilir

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsi çərçivəsində Göygöl rayonundan sonra Daşkəsən rayonunda minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir.
Reyting.az
-ın xəbərinə görə, bu barədə AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir:
“Layihə çərçivəsində bu il səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) sorğu icra edəcəyik. Qeyd edim ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMİSMA agentləri ilə sorğular keçiriləcək. Toplanacaq məlumatlardan mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Göygöl rayonunda sonra Daşkəsəndə sorğuların keçirilməsini icra edirik. Müəyyən edilmiş mina qurbanları ilə daha çox qapı-qapı gəzərək şəxsən görüşürük, onlardan sorğular götürürük. Bəzən elə olur ki, minadan zərərçəkənin ardınca yaylaqlara da qalxası oluruq. Vəfat edənlərin isə ailə üzvləri ilə görüşməyə çalışırıq. İşimizin çətinliyi ondan ibarətdir ki, bəzi minadan zərərçəkənlər qeydiyyatda olduqları ərazi üzrə yaşamırlar. Bu işimizə çətinlik yaratsa da, axtarıb tapıb həmin şəxsləri sorğuya cəlb edirik. Dövlət qurumu ANAMA, Azərbaycanda mina problemləri ilə məşğul olan Beynəlxalq Avrasiya Mətbuat Fondu, “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin və Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin rəhbərləri də yaxından kömək edirlər. Daşkəsəndə son iki təşkilatın rəhbərləri Nadir Cəfərov və Hafiz Səfixanov da sorğularda layihə heyəti ilə bərabər yaxından iştirak etdilər. Sorğuya cəlb edilən şəxslər bu prosesi minnətdarlıq hissi ilə qarşılayıblar. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, o cümlədən layihənin icrasında bizə dəstək olan hər kəsə təşəkkür edirik”.
Qeyd edək ki, AMZA ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumqayıt, Abşeronda) uğurla layihələr həyata keçirib.
Xatırladaq ki, ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər mina qurbanlarının sayı 407 nəfər təşkil edir ki, onlardan 70-i həlak olub, 337-i isə yaralanıb.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri