Icma.az
close
up
RU
Fermerlərə dəyən ziyan öyrənilir

Fermerlərə dəyən ziyan öyrənilir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu il aprelin ortalarından başlayan güclü yağışlar və digər təbiət hadisələrindən təsərrüfatlara dəymiş zərərlə bağlı Aqrar Sığorta Fonduna 30-a yaxın rayondan 120-dən artıq müraciət daxil olub. Fermerlərin bununla bağlı müraciətləri isə getdikcə artır. Aqrar Sığorta Fondundan verilən məlumata əsasən, qurum rəhbərliyi təbiət hadisələrinin zərər vurduğu sığortalı təsərrüfatlara baş çəkib. Məlum olub ki, son günlər baş verən təbiət hadisələri, bölgələrdə güclü yağış və dolu, sel-subasma halları bir sıra təsərrüflara ciddi ziyan vurub. Təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlar arasında taxıl sahələri, pambıq əkinləri, meyvə bağları və sair təsərrüfatlar var. Daxil olmuş müraciətlər əsasında onlarca müstəqil aqrar sığorta eksperti bölgələrə ezam edilib.

Ekspertlər təsərrüfatlarda baş verən hadisələri və zərərlərin səbəbini araşdırır, dəymiş zərərin ilkin qiymətləndirməsini həyata keçirirlər. Zərərlərin aqrar sığortanın əhatə etdiyi risklərdən baş verdiyi təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişlərinin edilməsi nəzərdə tutulur.

Bu baxımdan Xaçmaz rayonun Cığatay kəndində yerləşən badam, heyva, nektarin və gilas bağlarına güclü yağış və sel-subasma nəticəsində böyük zərər dəyib. Təsərrüfatdakı ağacların böyük hissəsi su altında qalıb. Aqrar Sığorta Fondunun rəhbərliyi bağa baxış keçirib, fermer və təsərrüfat rəhbərləri ilə baş vermiş hadisəni müzakirə edib, fondun ekspertləri təsərrüfat nümayəndələrinə hadisənin zərərlərini azaltmaq üçün tövsiyələrini veriblər.

Bununla yanaşı, fond rəhbərliyi Xaçmazda şaxtalı havanın təsirinə məruz qalmış digər meyvə bağında da olub. Bağa baxış zamanı məlumat verilib ki, mart ayının sonunda bölgədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində temperaturun enməsi baş verib və bunun da nəticəsində bəzi ağaclar şaxtaya məruz qalıb. Təsərrüfat nümayəndələri temperaturun mənfi 3-4 dərəcəyədək azaldığını bildiriblər. Fondun ekspertləri bağlara baxış keçirib, təsərrüfatın şaxtadan qorunması ilə bağlı tövsiyələrini səsləndiriblər. Qeyd edilib ki, sözügedən təsərrüfatlar aqrar sığorta mexanizmi ilə sığortalandıqlarına görə, onlara dəymiş təsdiqlənmiş zərərlər Aqrar Sığorta Fondu tərəfindən qarşılanacaq.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi təsərrüfatları bütün təbiət hadisələri – dolu, fırtına-qasırğa, sel-subasma, şaxtavurma (donvurma), zəlzələ, torpaq sürüşməsi, daşqın və sair hallardan qoruyur. Eyni zamanda, fermerlər təsərrüfatlarını leysan yağışları, doludan keyfiyyfət itkisi, vəhşi heyvanların vurduğu zərər və 3-cü şəxslərin hərəkətlərindən sığorta edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri