Daşları “yazmağın” cəzası: 5 ilə qədər həbs... Vəkil
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Mədəni sərvətlərin qəsdən korlanması həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb ola bilər.
Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov Şuşada tarixi abidələrimizin üzərinə yazı yazılaraq zədələnməsini şərh edərkən deyib.
S.Vəkilov Nizami Kino Mərkəzinin divarının yazılması və metro vaqonu ilə bağlı insidenti xatırladıb:
“Ümumiyyətlə Azərbaycanda bu cür addımlar normal qəbul olunmur. Xüsusilə nəzərə almaq lazımdır ki, Şuşa bütövlükdə maddi sərvətdir, qoruqdur və Şuşaya Azərbaycan xalqının münasibəti tamamilə fərqlidir. Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı müraciəti əslində Şuşaya münasibətimizin təzahürü idi. Prezident İlham Əliyev “Əziz Şuşa, sən azadsan” ifadəsi ilə Şuşanın xalqımızın təsəvvüründəki mövqeyini ifadə etmişdi.
Yəni elə sərvətlərimiz var ki, biz xalq olaraq ona canlı yanaşırıq və onun hər hansı formada ləkələnməsi ciddi etiraza səbəb olur və əlbəttə ki, həm də hüquqi məsuliyyət yaradır. Qeyd edim ki, Cinayət Məcəlləsinin tələbinə görə, bu cür əməllər 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə və böyük məbləğdə cərimə ilə cəzalandırıla bilər”, - deyə hüquqşünas vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 06 Sentyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















