Daşqın Nepalı çökdürdü: Hökumət 5 milyard dollarlıq bərpa planını açıqladı KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nepalda baş verən dağıdıcı daşqınların fəsadlarının aradan qaldırılması və ölkənin yenidən qurulması üçün 4-5 milyard dollar vəsait tələb oluna bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Nepalın maliyyə naziri Svarnim Vaqle Reuters agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, açıqlanan məbləğ ilkin hesablamadır və hazırda daşqının vurduğu zərər və itkilərin dəqiq qiymətləndirilməsi aparılır.
Daşqın avqustun 26-da Nepalın Çinlə sərhədyanı şimal bölgələrində baş verib. Fəlakətin Himalay dağlarında buzlaqın çökməsi nəticəsində yaranan nəhəng buz, daş, palçıq və su axını ilə əlaqəli olduğu bildirilir. Güclü sel çay vadiləri boyunca yaşayış məntəqələrini, yolları, körpüləri və enerji infrastrukturlarını dağıdıb.
Məlumata görə, fəlakət nəticəsində Nepal və Çinin Tibet bölgəsində 600-dən çox insan həyatını itirib, minlərlə şəxsin taleyi isə hələ də məlum deyil. Daşqın Nepalın enerji istehsalında mühüm paya malik hidroelektrik stansiyalarına da ciddi ziyan vurub.
Nazir bildirib ki, hazırkı 4-5 milyard dollarlıq bərpa xərci 2015-ci il zəlzələsindən sonra tələb olunan təxminən 9 milyard dollardan aşağıdır. Bununla belə, yekun rəqəm zərərin qiymətləndirilməsi başa çatdıqdan sonra müəyyənləşəcək.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 29 Avqust 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















