Daşqın Rəcəbliyə yeni vəzifə verilə bilər
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə Daşqın Rəcəbli təyin edilə bilər.
Pravda.az-ın xəbərinə görə, həmin vəzifəyə real namizəd D.Rəcəbli olduğu bildirilir.
O, hazırda departament rəhbərinin müavini vəzifəsini icra edir.
Qeyd: Bir neçə gün öncə, ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova nöqsanlara görə vəzifəsindən azad edilib.
Nadir Qurbanov

