Icma.az
close
up
RU
Davamlı inkişaf modeli

Davamlı inkişaf modeli

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

2025-ci il Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır, çünki Konstitusiyanın qəbulunun 30 illiyi qeyd edilir. Bundan başqa, 44 günlük Vətən müharibəsində Qələbənin 5 illiyi tamam olur. Həmçinin 20 Sentyabr- Dövlət Suverenliyi Gününün ikinci ildönümünü qeyd etdik. Bu tarixi paralellik həm hüquqi, həm siyasi, həm də ideoloji müstəvidə dövlətçilik ənənələrinin dərinləşməsinə xidmət edir. Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması haqqında Sərəncamı təsadüfi deyil, strateji dövlətçilik konsepsiyasının tərkib hissəsidir.

Dövlət Suverenliyi Günü tarixə nəzər salmağı bir tələb kimi qarşıya qoyur. Belə ki, beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.
Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi. 2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, həll yoluna sıfırdan başlayacağını bildirdi. Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi. Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı İkinci Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
Tarixi Zəfərimizdən üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal antiterror tədbirlərini şərtləndirən amillər də məlumdur. Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.
Suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Həmin ilin 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan Bayrağını ucaltdı. Cənab İlham Əliyevin ötən il imzaladığı Sərəncamla 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu gün hər bir azad edilmiş torpaqlarımız quruculuq dövrünü yaşayır. Suverenliyimizin tam bərpasından ötən qısa dövrdə, 2024-cü ilin 28 May-Müstəqillik Günündə Xocalı şəhəri sakinlərinə qovuşdu. Ötən iki ildə Xocalı ilə yanaşı, Xocavəndin və Ağdərənin xeyli kəndləri də sakinlərini qarşılayıb. Qayıdış ünvanlarının sayı artır. Cənab İlham Əliyev bu günlərdə Xocalı, Xocavənd rayonlarında və Xankəndi şəhərində səfərdə oldu. Təkcə bu səfər çərçivəsində bu torpaqlarda görülən işlərin miqyasının genişliyi bir daha təsdiqləndi. Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə göşündə vurğuladı ki, Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur.
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1517

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see259

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see232

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see224

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see217

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see213

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see209

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see206

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see204

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see202

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see200

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see187

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see174

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see172

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see172

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see167

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see167

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see160

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see157

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri