Icma.az
close
up
RU
Davamlı uğurlara təminat yaradan inkişaf modeli

Davamlı uğurlara təminat yaradan inkişaf modeli

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Kəlbəcər Azərbaycan tarixinin və təbiətinin unikal qatlarını özündə birləşdirən nadir məkanlardan biridir. Burada aşkar edilən 30 min illik qədim yaşayış izləri, minilliklərə gedib çıxan qaya təsvirləri və qədim türk əlifbasının nümunələri bu torpağın qədim mədəniyyətlərin beşiyi olduğunu sübut edir. “Kəlbəcər” adının belə “çay üstündə qala” kimi qədim türk mənşəli olması bölgənin həm coğrafi, həm də tarixi özünəməxsusluğunu əks etdirir. Bu torpaq Şimali Azərbaycanda türklüyün formalaşdığı ən mühüm mərkəzlərdən biri kimi tarixə düşüb. Atəşpərəstlikdən xristianlığa, daha sonra İslama qədər müxtəlif dövrlərin mədəni abidələri Kəlbəcərin çoxqatlı irsini təşkil edir. Belə zəngin tarixin qorunması isə dövlətçilik üçün təkcə mədəni məsələ deyil, həm də milli yaddaşın davamlılığı deməkdir.

Lakin bu qədim irs uzun illər Ermənistan işğalı altında qaldı və dağıntılara məruz qoyuldu. BMT Təhlükəsizlik Şurasının Qətnamələrinə baxmayaraq, işğalçı qüvvələr Kəlbəcərdən çıxmadı. Əksinə, 1999-cu ildən etibarən burada qeyri-qanuni məskunlaşma aparıldı. Tarixi-mədəni abidələr dağıdıldı, yüzlərlə mədəniyyət və təhsil müəssisəsi talan edildi, ekologiyaya böyük ziyan vuruldu. Lakin Azərbaycan dövləti heç vaxt bu faktlarla barışmadı. Vətən müharibəsi zamanı Kəlbəcər strateji baxımdan mühüm rol oynadı. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, şimal istiqamətində ələ keçirilən yüksəkliklər düşmənin logistikasını tam iflic vəziyyətinə saldı. Bu üstünlüklər müharibənin gedişinə ciddi təsir göstərdi və 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatı Kəlbəcərin tamamilə Azərbaycana qaytarılmasını təmin etdi. İşğalçıların rayonu tərk edərkən törətdikləri yanğınlar, dağıntılar isə erməni vandalizminin növbəti sübutu kimi beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdi.
Kəlbəcər yenidən qurulur, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti bölgəni qısa müddətdə müasir infrastrukturla təmin edib. Yüzlərlə ailənin məskunlaşdırılması üçün fərdi evlər, məktəblər, bağçalar və sosial obyektlər inşa olunur. Digər tərəfdən, Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və Murovdağ tuneli kimi nəhəng layihələr regionu ölkənin əsas nəqliyyat sisteminə qoşaraq həm təhlükəsizliyi, həm də iqtisadi aktivliyi təmin edir. “Çıraq-1”, “Soyuqbulaq”, “Aşağı Vəng” kimi su elektrik stansiyalarının yenidən qurulması Kəlbəcəri Azərbaycanın enerji xəritəsində mühüm mövqeyə qaldırır. Birmənalı olaraq deyə bilərik ki, 25 noyabrın Kəlbəcər şəhəri günü kimi təsis edilməsi bu bölgəyə yeni həyatın dönüşünün rəmzidir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri