Icma.az
close
up
RU
Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Qəhrəmanın ailə üzvləri, cəbhə yoldaşları, eləcə də, şəhid ailələri, qazilər, müvafiq qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri və başqaları Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.

Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Albertin timsalında bütün şəhidlərin xatırlandığını diqqətə çatdırıb: "Şəhidlərimizi yaddan çıxarmırıq, xatirələrini yad edirik. Qoy həmişə “Dəmir yumruq” düşmənlərin üstündə olsun".

Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov Albertin qəhrəmancasına şəhid olduğunu xatırladıb: "Albertin uğrunda öldüyü Şuşa azaddır. Düşünürəm ki, onun ruhu şaddır", - deyə o vurğulayıb.

Milli Qəhrəmanın döyüş yoldaşı Namiq Abbasov Albertin şəhid olduğu gün onunla eyni yerdə vuruşduğunu deyib: "Albert çox şən insan idi. Çox yaxşı münasibətlərimiz var idi. Onun haqqında danışmaq ağırdır. Sonuncu dəfə əks-hücum başladı, düşmən mövqelərinə üz tutduq. Həmin döyüşdə Albert və digər yoldaşlarımız şəhid oldular".

Tədbirdə şəhidlərə həsr edilmiş şeirlər səsləndirilib. Həmçinin bildirilib ki, üzərində Milli Qəhrəman Albert Aqarunovun şəkillərinin əks olunduğu açıqcalar bu yaxınlarda Niderlandda nəşr edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri