Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Davos Forumu Azərbaycanın dünyaya açılan qapısı rolunu oynayır

Davos Forumu Azərbaycanın dünyaya açılan qapısı rolunu oynayır

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Geridə qoyduğumuz ötən bir il ərzində dünyanın geosiyasi və geoiqtisadi reallıqları sürətlə dəyişdiyi kimi Dünya İqtisadi Forumunun (DİF) və ya ənənəvi adıyla desək, Davos Forumunun qlobal proseslərə münasibəti də günün çağırışlarına, tələblərinə adekvat olaraq dəyişir. İsveçrənin məşhur kurort mərkəzi Davos şəhərində öz işinə başlayan və sayca 55-ci olan Dünya İqtisadi Forumunun növbəti illik toplantısı bu dəfə «Ağıllı əsr üçün əməkdaşlıq» devizi altında keçirilir.
Dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, vətəndaş cəmiyyəti liderlərini, ictimai xadimləri və ekspertləri bir araya gətirdiyinə görə təsir və əhatə baxımından dünyanın ən böyük və ən nüfuzlu görüş-müzakirə platforması hesab olunan Davos Forumunda bu günlərdə 6 əsas istiqamət üzrə müzakirələr aparılır:
-İnkişafın yenidən dizayn edilməsi,
-İntellektual əsrdə sənayelər,
-İnsan kapitalına investisiya,
-Planetin mühafizəsi,
-Etimadın bərpası,
-Mürəkkəblikdə liderlik.
Göründüyü kimi bu mövzular hazırda bütün dünya ictimaiyyəti üçün aktual sayılır. Bu mövzuların detallı müzakirəsi və gəlinən nəticələr müxtəlif maraqlı tərəfləri birləşdirməklə hazırkı mürəkkəb dövrdə qlobal əlaqələri gücləndirmək və eyni zamanda, gələcəyə yönəlmiş baxışlar, həllər təqdim etmək məqsədini daşıyır. Etibarlı qlobal dialoq və əməkdaşlıq platforması kimi Davos Forumunun bu istiqamətləri geniş müzakirəyə çıxarması iştirakçı ölkələrin hər biri üçün faydalı ola bilər. Çünki bu istiqamətlər daha dayanıqlı iqtisadiyyatların qurulmasına, sənaye liderlərinin texnoloji dəyişikliklər və yeni sənaye dinamikaları ilə uzunmüddətli prioritetlərini tarazlaşdırmalarına, insan kapitalının inkişafını və ona investisiyanı təşviq edərək dayanıqlı cəmiyyətlərin qurulmasına, iqlim və təbiət problemlərinin həlli üçün innovativ tərəfdaşlıqların qurulmasına və bu qəbildən olan digər aktual məsələlərin həllinə xidmət edir.
Forumda qaldırılan bu məsələlər həmçinin Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq uzun müddətdir ki, Davos Forumunun mühüm tərəfdaşlarından birinə çevrilib. Hər iki tərəf — həm Davos İqitsadi Forumu, həm də Azərbaycan qarşılıqlı əməkdaşlığı davam etdirməkdə və dərinləşdirməkdə maraqlıdır. Prezident İlham Əliyevin Forumun illik toplantılarında iştirakı Azərbaycanın iqtisadi imkanlarının və qlobal proseslərə yanaşmalarının daha geniş auditoriyaya çatdırılması, təqdim olunması baxımından olduqca əhəmiyyətlidir. Bu toplantılarda dövlət başçısı səviyyəsində təmsil olunmağımız yeni işgüzar əlaqələrin qurulması və ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi üçün də əlverişli imkanlar yaradır. Dövlətimizin başçısı Forum çərçivəsində ayrı-ayrı nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirir, iqtisadiyyatımıza daha çox xarici sərmayənin cəlb edilməsi üçün səylərini davam etdirir.
Davos Forumunda Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycana xüsusi önəm verilməsi qürur hissi doğurur. Forum çərçivəində keçirilən «Caspian Crossroads and Currents» (Xəzər Qovşağı və Cərəyanları) adlı paneldə də Azərbaycanın aparıcı mövqeyi bir daha qabarıq şəkildə üzə çıxdı. Sözügedən panel-müzakirələrdə regionun həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyəti gündəmə gətirildi. Müşahidələrimiz onu göstərir ki, Azərbaycan Davos Forumunun müzakirələrinə qatılan dünya elitası üçün cəlbedici, perspektivli ölkələrdən biri sayılır. Bu kontekstdə, Davos Forumu ilə sıx əməkdaşlığımız Azərbaycanın qlobal biznes-şəbəkələrə inteqrasiyasını gücləndirir. Ölkə iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox xarici sərmayənin cəlb edilməsi üçün münbit zəmin yaranır. Bir sözlə, Davos Forumu Azərbaycanın dünyaya açılan qapısı rolunu oynayır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Yanvar 2025 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see186

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see144

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri