Icma.az
close
up
RU
“Milli Proqram” iştirakçılarının sayı 60 min nəfərə çatıb

“Milli Proqram” iştirakçılarının sayı 60 min nəfərə çatıb

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə icra etdiyi “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a daha 7500 nəfər qoşularaq təlimlərə başlayıb.

XQ xəbər verir ki, vətəndaşlar altı həftə müddətində “Coursera” onlayn təhsil platformasında rəqəmsal bacarıqlar, süni intellekt, data analitikası, proqramlaşdırma, biznes və digər prioritet sahələr üzrə beynəlxalq səviyyəli təlimlərdən yararlanacaqlar.

2025-ci ilin mart ayından start verilən “Milli Proqram”ın icrası çərçivəsində indiyədək 60 min nəfər “Coursera” platformasında 250 min təlimə qoşulub. Onlar 90 mindən çox təlimi uğurla tamamlayaraq beynəlxalq səviyyəli sertifikatlar əldə ediblər.

“Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal bacarıqların artırılması, innovasiya yönümlü təfəkkürün təşviqi və yeni texnologiyalara inteqrasiyanın sürətləndirilməsidir. Proqram vasitəsilə iştirakçılar qlobal miqyasda tanınan onlayn təhsil platforması üzərindən müasir texnologiyalar, analitik düşüncə, idarəetmə və kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş təlimlərdən faydalanırlar.

Proqram çərçivəsində “Coursera” platformasında dünyanın 375-dən çox aparıcı universiteti və texnologiya şirkətinin 18 mindən artıq təlimi vətəndaşlarımıza ödənişsiz təqdim olunur. İstifadəçi əlçatanlığının artırılması məqsədilə 2500 kurs Azərbaycan dilində altyazı ilə tərcümə edilib, ən çox tələb olunan 15 təlim isə süni intellekt əsaslı dublyaj olunub. Eyni zamanda, “Coursera” platformasında “Milli Proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib.

“Milli Proqram”a qoşulanlar arasında 21-30 yaş arasında vətəndaşlar üstünlük təşkil edir. Ən kiçik istifadəçinin 10, ən yaşlı istifadəçinin isə 87 yaşı var. Statistik göstəricilər qadınların proqramdakı payının 56%-dən yüksək olduğunu göstərir. Proqram ölkənin bütün regionlarını əhatə edir.

Hər bir Azərbaycan vətəndaşı https://form.4sim.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək bu imkandan yararlana və qlobal əmək bazarında rəqabətqabiliyyətli bacarıqlar əldə edə bilər.

Qeyd edək ki, 2024-cü ildə “4Sİ Akademiyası”nın pilot mərhələsində 10 min nəfər 1 il ərzində “Coursera” platformasında kurslardan ödənişsiz faydalanıb. Təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

Bu proqram SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Yanvar 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri