Davud Kərimi: “Qazaxıstan bu dəfə əvvəlki qədər güclü görünmür”
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Minifutbol millimizdən Qazaxıstana qarşı oyunda gözləntim yalnız qələbədir. İnşallah, bu gün qalib gəlib 1/4 finala vəsiqə qazanacağıq". Bu sözləri Sport24.az-a açıqlamasında minifutbol üzrə millimizin heyətində Avropa çempionu olmuş Davud Kərimi deyib.
O, yığma komandamızın Avropa çempionatının 1/8 final çərçivəsində Qazaxıstanla oyun haqda fikirlərini bölüşüb:
"Rəqib Qazaxıstan yığması bu dəfə mənə görə elə də güclü görünmür. 2024-cü ildə Bosniyada qarşılaşdığımız Qazaxıstan yığması daha təcrübəli və daha kompakt komanda idi. Bu dəfə isə heyətlərinin nisbətən zəif olduğunu düşünürəm. Yığmamız həm Avropa, həm də dünya çempionudur. Slovakiyadakı çempionata da dünya çempionu statusunda yollanıblar. Komandamız turnirə ən güclü heyətlə qatılıb. Elşad müəllim bu gün üçün mümkün olan ən güclü heyəti formalaşdırıb. Fikrimcə, millimiz turniri ilk "üçlük"də başa vuracaq. Amma əsas gözləntim çempionluqdur. Komandamızın potensialı buna imkan verir. Komandanın son illərdəki uğurlarını nəzərə alsaq, azarkeşlərin çempionluq gözləntisi tam başadüşüləndir".
Qeyd edək ki, Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 01 İyun 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















