Icma.az
close
up
RU
Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü Bakıya tarixi xəyanət...

Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü Bakıya tarixi xəyanət...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Türkiyənin sabiq xarici işlər naziri, hazırda müxalif cəbhədə dayanan Əhməd Davudoğlu deyib ki, Azərbaycan müharibədən dərhal sonra Türkiyənin Ermənistanla sərhədləri açmasına, diplomatik əlaqələr qurmasına razılıq versəydi, bu gün sülh sənədi Ankarada paraflanardı və Zəngəzur dəhlizi “Tramp yolu” yox, “Ərdoğan yolu” adlanardı.

Əhməd Davudoğlu 2008-2009-cu illərdə Azərbaycana və türk dünyasına xəyanətə bərabər sayılan ideyanın – “Sürix protokolları” prosesinin həmmüəlliflərindən biridir. Onun da yaxından iştirakı və təşəbbüsü ilə həmin dövrdə Türkiyə Ermənistanla sərhədləri açmağa hazırlaşırdı. Lakin rəsmi Bakının, Prezident İlham Əliyevin güzəştsiz mövqeyi və sərt iradəsi bu prosesin qarşısını aldı.

Onun yenidən bu mövzuda fəallaşması təsadüfdür, yoxsa Türkiyədə hələ də müəyyən formalarda qalan FETÖ qanadının sistemli hərəkətidir?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Türkiyənin öz sərhədlərini Ermənistanın üzünə bağlaması Azərbaycan üçün böyük siyasi və mənəvi əhəmiyyət kəsb edib:

“Ermənilər hər zaman Türkiyənin təzyiqini və Azərbaycana dəstəyini hiss ediblər. Bu da onları daim ruhdan salıb, özlərinə inamı zəiflədib. Qarabağın azad edilməsində də Türkiyənin siyasi və mənəvi dəstəyini hər zaman hiss etmişik.

Artıq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi gedir. Sülh müqaviləsinin mətni razılaşdırılıb və onun yaxın zamanlarda imzalanması gözlənilir. Belə bir dönəmdə Türkiyənin də Ermənistana münasibətində müəyyən yumşalma müşahidə olunur. Proses davam edir və nəticələrin yaxşı olması Ermənistanın bundan sonrakı davranışlarından və öhdəliklərini yerinə yetirməsindən asılıdır”.

Həmçinin oxuyun:

Bakı təsdiqlədi, Ankara üçün “yaşıl işıq” – 32 illik qadağa aradan qalxır

Mütəllim Rəhimli

Ekspert deyib ki, Türkiyə sülhdən əvvəl Ermənistanla sərhədləri açsaydı, bu gün İrəvan özünü daha azğın aparardı:

“Regionda maraqları olan müttəfiqləri ilə birləşərək yeni bir destabilliyə rəvac verərdi. Ermənistanın 10 noyabr 2020-ci il razılaşmasını icra etmək istəməməsi və uzun müddət sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışması da bunu sübut edir.

Ona görə də Davudoğlunun fikirləri cazibədar görünsə də, reallığa uyğun deyil. Əgər Türkiyə Ermənistanla sərhədlərini açsaydı, Davudoğlunun dediyi kimi, nəinki paraflanma Ankarada olardı, əksinə, Ermənistan sülh müqaviləsi imzalamağa, dövlət rəmzlərində ərazi iddiaları ilə bağlı müddəaları dəyişməyə ehtiyac duymayacaqdı. Hətta bu prosesə daha çox xarici oyunçu cəlb etməyə çalışaraq gedişatı öz xeyrinə dəyişməyə səy göstərərdi”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Avqust 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri