Icma.az
close
up
RU
“Daxilimdə şeytan var, insanları nəyin qorxutduğunu bilirəm...”

“Daxilimdə şeytan var, insanları nəyin qorxutduğunu bilirəm...”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məşhur Hollivud aktyoru Entoni Hopkins “We Did Ok, Kid” adlı yeni avtobioqrafiyasını təqdim edib.

“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, kitabda 87 yaşlı aktyor özünü ən məşhur obrazlarından biri olan seriyalı qatil Hannibal Lektorla müqayisə edib.

“Mən instinktiv olaraq Hannibalı necə canlandıracağımı bilirdim. Çünki daxilimdə şeytan var. Hər birimizin daxilində şeytan var. Mən insanları nəyin qorxutduğunu bilirəm”, - o, “Quzuların səssizliyi” filmindəki obrazı haqqında yazır.

Aktyor kitabı üçüncü həyat yoldaşı Stellaya həsr edib.

Hopkins məktəbdə aldığı pis qiymətlərə görə evdə daim döyüldüyünü, müəllimlərinin onu “axmaq Dennis” və “bacarıqsız” adlandırdığını qeyd edir: “17 yaşım olanda atam mənə dedi: “Sən yararsızsan. Həyatda heç nəyə nail ola bilməyəcəksən”. Mən isə risk edərək və insanlara bağlanmayaraq sağ qalmağa and içdim”.

O, ilk həyat yoldaşı Petronella Barker ilə evliliyini özünün spirtli içki aludəçiliyinin məhv etdiyini yazır. Aktyor 14 aylıq qızı Abigeyli tərk etməsinin və uzun illər onunla, demək olar ki, əlaqə saxlamamasının həyatının ən kədərli epizodlardan biri olduğunu və bundan səmimi peşmançılıq keçirdiyini bildirir.

Bununla yanaşı, Hopkins ikinci həyat yoldaşı Cennifer Lintondan da ayrılmasına spirtli içki aludəçiliyinin və xəyanət etməsinin səbəb olduğunu etiraf edir.

“Bir dəfə sərxoş vəziyyətdə avtomobillə səfərə çıxdım. Məni huşsuz vəziyyətdə tapdılar. Huşsuz halda olarkən qeybdən bir səs məndən “Yaşamaq istəyirsən, yoxsa ölmək?”, - deyə soruşdu. Mən isə “Yaşamaq istəyirəm”, - deyə cavab verdim. Bu səs Tanrının səsi idi. O, mənə dedi: “Hər şey bitdi. Yaşamağa başlaya bilərsən”, - aktyor qeyd edib. O elə həmin an - 29 dekabr 1975-ci il tarixindən spirtli içkilərdən birdəfəlik imtina etdiyini vurğulayıb.

Kitabın sonunda Hopkins qızı Abigeyl ilə heç cür barışa bilmədiyini, lakin uzun illər sonra valideynləri ilə bir araya gəldiyini qeyd edib.

“Onlar düşünürdülər ki, mən heç nəyə nail ola bilmərəm, mən isə onlara əksini sübut etdim”, - aktyor əlavə edib.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri