Paşinyan: Münaqişəyə səbəb olanlar layiq olduqları cəzanı alırlar
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Üçüncü Ermənistan Respublikası vətəndaşların təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək, milli kimliyi qorumaq və inkişaf etdirmək məqsədilə deyil, münaqişə məqsədilə yaradılıb. Bu, təkcə 1990-cı illərdə Ermənistan liderlərinin bəyanatlarından və məqalələrindən deyil, həm də 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin mətnindən açıq şəkildə görünür”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsi ilə bağlı xalqa müraciətində deyib.
Onun sözlərinə görə, (Azərbaycanla) münaqişə məntiqi insanı və arzularını arxa plana keçirərək ölkəni qarşıdurma yoluna sürükləyib:
“Məhz bu münaqişə məntiqi ölkəmizi tükədib, köçə səbəb olub. Məhz bu məntiq ölkəmizdə general manvelləri, “dodi qaqo”ları, kaluqalı samoları, köçəryanları, serj Sarkisyanları və mişikləri meydana gətirib”.
Paşinyan qeyd edib ki, adıçəkilən şəxslərin fəaliyyəti və missiyası yalnız bir məqsədə xidmət edib: “Böyük Ermənistan” haqqında pafoslu bəyanatlar səsləndirərək ölkəni talamaq:
“Bu gün həmin talançılar bir-bir, növbə ilə layiq olduqları cəzanı alırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 Noyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















