Icma.az
close
up
RU
Sosial iqtisadi inkişafın təzahürü

Sosial iqtisadi inkişafın təzahürü

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əhalinin gəlirləri 7 faizə yaxın artıb

Azərbaycan iqtisadiyyatı 2025-ci ilin ötən 3 ayı ərzində enerji bazarındakı əlverişsiz mühitə baxmayaraq, dayanıqlı artım templərini qoruyub saxlayıb. İqtisadiyyatda artım tempi qeyri-neft ÜDM-i hesabına təmin olunub. Bu amil sosial sahələrdə də öz müsbət dinamikasını nümayiş etdirib. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 milyard 690.7 milyon manat təşkil edib. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,1 faiz artaraq 2023 manata çatıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, əhalinin gəlirlərindəki artım dinamikası ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur. Ötən dövr ərzində ölkədə nominal əməkhaqqı da artıb. Belə ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Qeyd edək ki, bu dövrdə istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 5,9 faiz artıb. Bu isə əhalinin real gəlirlərinin inflyasiyanı bir neçə faiz-bənd üstələdiyini göstərir. Nəticədə həm əhalinin orta aylıq əməkhaqqı, həm də real gəlirləri inflyasiyanı üstələməklə onların sosial rifah vəziyyətinə müsbət təsir edib.

Minimum əməkhaqqının gəlirlərə təsiri

Əhalinin nominal əməkhaqqının və real gəlirlərinin artmasında 2025-ci ilin yanvar ayından etibarən ölkəmizdə beşinci sosial islahat paketi çərçivəsində sosial artımların icrasına start verilməsi öz müsbət təsirlərini göstərib. Dövlət başçısının  imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, ilk növbədə, minimum əməkhaqqı 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Nəticədə minimum əməkhaqqındakı artımlar təkcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edib. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları sərəncama uyğunlaşdırılaraq artırılıb. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artıb. Eləcə də minimum pensiya məbləği fevralın 1-dən 280 manatdan 320 manata çatdırılıb, əmək pensiyaları 8 faiz yüksəlib. Həmçinin bir sıra dövlət orqanlarında əməkhaqları artırlıb ki, bu da əhalinin gəlirlər portfelinin böyüməsinə səbəb olub. Yaxın günlərdə digər sosial artımlar, yəni müavinət və təqaüdlərin yenidən hesablanaraq ödənilməsi də təmin olunacaq ki, bu amil də ilin ikinci rübündə əhalinin əməkhaqqı və gəlirlərinin ümumu məbləğlərinin artmasında müstəsna rol oynayacaq.

Beşinci sosial paketin icrası gəlirləri daha da artıracaq

Hazırda mövcud sosial-iqtisadi inkişaf göstəriciləri və qarşıdakı aylar üzrə proqnozlar ölkəmizin gəlir və büdcə imkanlarının 2025-ci ilin qarşıdakı aylarında da artacağını deməyə əsas verir. Mövcud makroiqtisadi proqnozlar qeyri-neft sahələrində əhalinin gəlir əldəetmə imkanlarının yaxşılaşacağına zəmin yaradır. Yeri gəlmişkən, iqtisadiyyatda işləyənlərin sayında da artım baş verib. Cari ilin 2 ayı ərzində muzdlu işçilərin sayı 1758,8 min nəfər olub ki, onların 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərdir. Bununla yanaşı, iqtisadi fəallığın yüksəlməsi və əmək bazarında aparılan islahatlar əmək müqavilələrinin də sayının artmasına öz müsbət təsirini göstərib. İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2025-ci ilin aprel ayının 1-nə 1 milyon 866 min 821 təşkil edib. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 436 min 770 vahid artaraq 976 min 692 olub. Ümumilikdə, 2019-cu ilin əvvəli ilə müqayisədə son 6 ildə əmək müqavilələrinin sayı təxminən 465 min vahid artıb.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Aprel 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri