“Dayanıqlı su təhlükəsizliyində gənclərin fəallığının artırılması” layihəsinin növbəti seminarı Cəlilabadda keçirilmişdir
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
3 oktyabr 2025-ci ildə “Dayanıqlı su təhlükəsizliyində gənclərin fəallığının artırılması” layihəsi çərçivəsində Cəlilabad şəhərində növbəti seminar baş tutmuşdur.Seminarın təşkilində Cəlilabad Rayon İcra Hakimiyyəti dəstək göstərmişdir. Tədbirdə 16-35 yaş arası gənclər olmaqla, 14 nəfəri qadın , 6 nəfəri kişi ümumilikdə iyirmi nəfərin iştirak etmişdir.Seminarda iqlim dəyişmələri, onun ətraf mühitə və cəmiyyətə təsirləri, dayanıqlı su təhlükəsizliyi probleminin aktuallığı və gənclərin üzərinə düşən öhdəliklər mövzularında gənclər maarifləndirilmişdir İştirak edən gənclər dayanıqlı su təhlükəsizliyinin həllində inzibati cərimələrin artırlmasını, bu sahədə ictimai nəzarətin gücləndirliməsini təklif etdilər. Seminar, təlimçi qismində Azərbaycan Universitetinin Təlim-Tədris mərkəzinin müdiri, beynəlxalq sertifikatlı təlimçi, doktorant Samir Salayev tərəfindən idarə olunmuşdur. Tədbirin sonunda gənclərə sertifikat və hədiyyələr verilmişdir.






