Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Dayanmadan çalışsam, uğurlarımın davamı gələcək”

“Dayanmadan çalışsam, uğurlarımın davamı gələcək”

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bugünkü müsahibimiz rejissor, Prezident mükafatına layiq görülən Şövkət Məhərrəmovadır.

- Şövkət xanım, öncə oxucularımıza özünüzü təqdim edərdiniz...

- Mən Şövkət Məhərrəmova 17 iyun 1997-ci ildə Bakıda anadan olmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarını fəxri məzun kimi bitirmişəm. Kino rejissoru ixtisası üzrə həm bakalavr, həm magistr təhsilim var. Müəllimim mərhum kinorejissor Eldar Quliyev olub. Hazırda Azərbaycan Televiziyası, Xüsusi Layihələr studiyasının direktor müavini, eyni zamanda rejissoruyam. Həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində , SABAH qruplarında müəllimlik fəaliyyəti ilə məşğulam.

- Kiçik yaşlardan jurnalist və ya hüquqşünas seçmək olub istəyiniz, necə oldu ki, rejissorluq sahəsinə yiyələndiniz?

- Uşaqlıqdan bir çox sahələrə marağım olub, xüsusən incəsənət sahələrinə. Rejissorluq elə bir fəaliyyətdir ki, özündə bir çox sahəni birləşdirir: aktyorluğu, musiqini, rəssamlığı və s. Bir sözlə, rejissorluğu seçən adam daim axtarışda olmalıdır.

- Bu sahədə qarşılaşdığınız çətinliklər olub?

- Təbii ki, rejissorluq asan sahə deyil, bu işin gecə-gündüzü yoxdur, daim həll yolu axtarmağa nail olmalısan, çünki bütün komanda işçiləri səndən asılı olur.

- Musiqi ifa etdiyiniz bir çox videolarınız maraqla qarşılanır, təhsiliniz var, yoxsa hobbi kimi yanaşırsınız?

- Musiqi təhsilim yoxdur, lakin anam musiqi müəlliməsidir.  Anam öyrətməyə cəhd eləyəndə elə də həvəsli olmurdum. O deyirdi, özün məşğul ol, bacaracaqsan, dediyi kimi də oldu. Boş vaxtlarda özümçün məşqlər edirdim, musiqi duyumum yaxşı olduğu üçün tez bir zamanda ifa etməyi öyrəndim. Onu da qeyd edim ki, uşaq yaşlarından musiqi, eyni zamanda şeir yazırdım. Lakin hər zaman hobbi olaraq məşğul oluram və bu məşğuliyyət ruhumu dincəldir.

- Musiqi yazmağa hələ də davam edirsiz?

- Musiqi yazmaq mənim üçün özümü ifadə metodu idi. Artıq rejissor olaraq özümü daha yaxşı ifadə edə bilirəm deyə  musiqi yazmıram. Son dəfə musiqi bəstələməyim 3-4 il bundan öncəyə təsadüf edib. Hazırda işıq üzü görməyən 25-ə yaxın mahnım var.

- Bəs yazdığınız musiqilərlə bağlı hansısa təklifləriniz  olub?

- Xeyr, sadəcə, uşaq vaxtlarımdan özüm üçün yazırdım.

- Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il Gənclər üçün Prezident mükafatı ilə təltif edilənlər sırasında siz də varsınız. Gözləyirdinizmi belə bir xəbəri?

- Cənab Prezident tərəfindən bu cür mükafata layiq görülmək çox qürurvericidir. Həm də böyük məsuliyyətdir. Belə bir mükafata layiq görülən gənc olaraq bu etimadı doğrultmalıyam.

- Maraqlıdır, ilk dəfə xəbəri necə aldınız?

- İş yoldaşımdan eşitdim ilk olaraq. Elə bu otaqda oturmuşduq. Həmin gün işimlə bağlı başqa bir uğurum da olmuşdu, həmin hadisəyə görə hər kəs məni təbrik edirdi.  Bu zaman başqa bir iş yoldaşım da zəng edib xüsusi şəkildə təbrik etdi və mənə həmin sərəncamın şəklini yolladı, bu xəbər həmin gün mənə ikiqat sevinc yaşatdı.

- Sizin filmləriniz bir çox ölkələrdə və festivallarda təqdim olunub, həmin filmlər ekranlarımızda yayımlanıb?

- Xeyr, festivallarda təqdim olunan filmlər ekranlarda yayımlanmır. Müxtəlif filmlərin və verilişlərin quruluşçu rejissoru olmuşam. Filmlərim ölkə daxilində və xaricində festivallarda iştirak edib və müxtəlif mükafatlar qazanıb.

- Sizcə, hazırda ölkəmizdə film sahəsi yetərincə inkşaf edibmi?

- Film sahəsindəki inkişaf göz önündədir. Son dövrlərdə çəkdiyimiz serialları xüsusi vurğulamaq istədim. Misal olaraq “Vətəndaş A” serialının adını çəkə bilərəm. İstər görüntü, istər ssenari baxımından yaxın 4-5 ilə nisbətən xeyli fərq hiss olunur. Filmlər festival həyatı yaşayır deyə internetə çox gec yüklənir və az sayda insan baxır, yəni cəmiyyətimiz həmin filmlərin varlığından xəbərsiz olur.  Lakin həmin filmlərə baxan tamaşaçılardan kifayət qədər müsbət rəylər alırıq. Bunlardan “Nar  bağı”, “Üçüncü günün adamı”, “Qırmızı bağ” filmlərini misal göstərmək olar.

- Yaxın gələcəkdə  hansı layihələriniz  gözlənilir?

- Keçən il Xüsusi Layihələr studiyası tərəfindən 28 film təqdim etmişik. Hazırda bir ay ərzində əlliyə yaxın adda veriliş yayımlanır. Eyni zamanda müəllif işi olaraq da layihələr və qısametrajlı film üzərində işləyirik. İnanıram ki, uğurlu işlər ortaya qoyacağıq.

- Qeyd etdiniz ki, həm də müəllim olaraq çalışırsınız. Eyni zamanda bir neçə işlə məşğul olmaq çətin gəlmir sizə?

- Müəyyən informasiyaları tələbələrlə bölüşəndə həmin məlumatlar özüm üçün də yenilənmiş olur. Öyrətmək, həm də öyrənməkdir.

- Mütaliə edirsinizmi, daha çox hansı janra üstünlük verirsiniz?

- Məndən soruşanda ki hansı film və ya kitab çox sevirsiniz, heç vaxt dəqiq bir yazıçı və ya rejissor adını deyə bilmirəm. Mənə elə gəlir ki, insanın  ruh halı ilə bağlı olan bir nüansdır. Ümumi götürsək, dram janrını çox oxuyuram.

- Son olaraq  bu yolda addımlayan gənclərə nə demək istəyərdiniz?

- Əgər bir məqsəd qarşıya qoymusansa və o məqsəd üçün çapalayırsansa, gec-tez məqsədinə çatacaqsan. Nəzərdə tutduğum planlara doğru addımlar atdığım üçün uğurlu alınır. Əminəm ki, dayanmadan çalışsam, bu uğurların davamı gələcək. Bütün gənclərə məsləhət görərdim ki, heç vaxt həvəsdən düşməsinlər və daim öz üzərlərində işləsinlər.

Havar Şəfiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:308
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 May 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri