DÇ 2026: Didye Deşam millinin düşərgəsini tərk edərək təcili Fransaya qayıtdı
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Fransa millisinin baş məşqçisi Didye Deşamın anası vəfat edib və o, təcili millinin düşərgəsini tərk edərək ölkəsinə qayıdıb. Sport24.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası (FFF) məlumat yayıb.
Məşqçi yaxınlarının yanında olmaq və dəfn mərasimində iştirak etmək üçün ABŞ-ı tərk edib. O, milli komandanın iyunun 26-da Norveçlə keçiriləcək son qrup mərhələsi son oyununda texniki zonada olmayacaq. Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo ilə razılığa əsasən, Deşamın yoxluğunda komandaya köməkçisi Qay Stefan rəhbərlik edəcək.
Qeyd edək ki, iki turdan sonra aktivində 6 xal olan Fransa I qrupunda liderdir.
Bu mövzuda digər xəbərlər:DÇ 2026: Anası öldü, komandanı tərk edib Fransaya qayıtdı
24 İyun 2026 13:18
DÇ 2026: Azərbaycan Fransaya qarşı
16 Noyabr 2025 09:15
DÇ 2026: Norveç Fransaya, Uruqvay İspaniyaya qarşı...
26 İyun 2026 14:07
DÇ 2026: İngiltərə Fransaya qalib gəlir Canlı
19 İyul 2026 01:16
Deşam DÇ 2026 favoritlərini açıqladı
07 İyun 2026 19:55
Baxış sayı:182
Bu xəbər 24 İyun 2026 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















