DÇ 2026 nın püşkü nə vaxt atılacaq?
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı və məkanı məlum olub. Bu barədə ESPN məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, tədbirin dekabrın 5-də ABŞ-nin Las Veqas şəhərində keçiriləcəyi bildirilib.
Püşk təxminən 17,7 min tamaşaçı üçün nəzərdə tutulan dünyanın ən böyük sferik quruluşu olan “Sfera” zalında atılacaq.
Qeyd edək ki, püşkatma mərasimini Kanada və Meksikanın bir sıra şəhərləri də keçirməyə iddia edirdi. Lakin DÇ-2026-nın təşkilat komitəsi varislik hüququnu əsas götürərək Las Veqasa üstünlük verib. Belə ki, ABŞ-də baş tutan DÇ-1994-ün final mərhələsinin püşkü də bu şəhərdə atılmışdı.
Gələnilki dünya çempionatına ABŞ, Kanada və Meksika evsahibliyi edəcək. İyunun 11-dən iyulun 19-dək keçiriləcək mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 06 Avqust 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















