DÇ dən sonra imam olacağını demişdi Yenidən gündəm oldu
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mançester Yunayted” və Mərakeş millisinin müdafiəçisi Nussair Mazraui Dünya Çempionatından sonra peşəkar futbol karyerasını erkən başa vurma ehtimalı ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı futbolçunun bu qərarı idman forması və zədələrlə bağlı deyil, şəxsi dini hədəfləri ilə əlaqələndirilir.
Mazraui daha çox vaxtını Quranı əzbərləməyə (hifz) və gələcəkdə imam kimi fəaliyyət göstərməyə həsr etmək istədiyini bildirib.
Futbolçunun bu fikirləri ilk dəfə mart ayında verdiyi müsahibədə gündəmə gəlib və DÇ yaxınlaşdıqca yenidən müzakirə olunmağa başlayıb. O, hələlik konkret qərar vermədiyini, lakin futbol sonrası həyatını dini fəaliyyətlərə yönəltmək fikrinə açıq olduğunu qeyd edib.
“Quranı əzbərləmək və bir gün məsciddə imam kimi xidmət etmək istəyirəm”, - futbolçu planlarının istiqamətini açıqlayıb.
Mazrauinin yekun qərarının DÇ-dən sonra dəqiqləşəcəyi gözlənilir.
Qeyd edək ki, futbolçu bununla bağlı dəfələrlə açıqlama verib, onun açıqlaması yenidən gündəm olub.
Baxış sayı:169
Bu xəbər 21 İyun 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















