DÇ: Karateçilərimiz Rumıniyadan medallarla qayıdıb
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rumıniyada keçirilən WUKF -in 14-cü dünya çempionatında iştirak edən Azərbaycanın ənənəvi karate üzrə yığma komandası yarışda uğurlu nəticələr əldə edib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə yığma komandanın üzvü Salman Salmanov gənclər arasında kata üzrə çıxış edərək dünya çempionu olub və iki qızıl medal qazanıb.
Çempionatın növbəti yarış günündə isə komandamızın daha iki üzvü fəxri kürsüyə yüksəlib. Belə ki, Alışan Əzizov gənclər (18-20 yaş) arasında kumite üzrə III yerə, Anar Əlizadə isə yeniyetmələr (14-15 yaş) arasında kumite üzrə III yerə layiq görülüb.
Beləliklə, Azərbaycan yığma komandası WUKF -in 14-cü dünya çempionatında indiyədək 2 qızıl və 2 bürünc medal qazanıb.
Yığma komanda yarışa ənənəvi karate üslubunun rəhbəri, 8-ci Dan qara kəmər sahibi Əhməd Əfəndi və baş məşqçi Bəhram Hətəmovun rəhbərliyi ilə hazırlanıb.
Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi Karateçilərimiz Frankfurtdan Vətənə dönüblər Avropa çempionatında 9 medal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 25 İyul 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















