“DÇ səfiri” elan edilən ördək viral oldu Fotolar
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Meksika milli komandasının forması geyindirilmiş görüntüləri ilə sosial mediada viral olan iki yaşlı ördək “Merlin” Dünya Çempionatının ən qeyri-adi ulduzlarından birinə çevrilib. O, FIFA tərəfindən ölkənin rəsmi “Dünya Çempionatı səfiri” elan olunub.
“Qafqazinfo” xəbər verir ki, fenomenə çevrilən “Merlin”in 12 nömrəli milli forma ilə küçələrdə görünməsi milyonlarla insanın diqqətini çəkib.
Qısa zamanda yayılan görüntülər onu təkcə internet ulduzuna deyil, həm də Meksika futbol mədəniyyətinin simvoluna çevirib.
FIFA qərarından sonra Meksika Futbol Federasiyası da “Merlin”in stadion üzərindən uçduğu xüsusi bir görüntünü paylaşaraq, onu “komandanın qeyri-rəsmi maskotu” kimi təqdim edib.
Merlinin sahibi, 48 yaşlı Karla İvet Qomez bildirib ki, ördəyin bu qədər məşhurlaşacağını heç vaxt gözləməyiblər. Onun sözlərinə görə, Merlin təsadüfən çəkilən bir video ilə qısa müddətdə fenomenə çevrilib.
Sosial mediada “vak-vak” kimi sadə “proqnozları” ilə də məşhurlaşan Merlin artıq televiziya proqramlarına dəvət alır və Meksikada DÇ həyəcanının ən rəngli simalarından birinə çevrilib.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 21 İyun 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















