Icma.az
close
up
RU
DÇ yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?

DÇ yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

DÇ-2026-ya qatılacaq bütün komandaların iştirak ərizəsi bəllidi. Yəni hansı liqaların və klubların mundiala daha çox futbolçu göndərməsi ilə bağlı statistika artıq mövcuddu. Bəribaşdan qeyd edək ki Azərbaycanı dünya çempionatında yalnız bir futbolçu - ''Turan Tovuz''un panamalı müdafiəçisi Roderik Miller təmsil edəcək. ''Sabah''ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev isə son anda mundialdan kənarda qaldı. Bəs digər çempionatlar?

Öncə vurğulayaq ki, bəzi mənbələrdə rəqəmlər üst-üstə düşməyə bilər. Çünki başqa yerə yollanan və icarədə oynayan futbolçuların klubları fərqli cür qəbul edilə bilir. Amma istənilən halda bu məqam premyer-liqanın hegemonluğunu dəyişmir. İngiltərə çempionatı bu göstəricidə 3-4-cü pillələrdə qərarlaşan Liqa-1 ilə La Liqanı az qala iki dəfə üstələyir!
DÇ-2026-ya ən çox oyunçu göndərən çempionatlar
Premyer-liqa - 154
Bundesliqa - 93
Liqa-1 - 78
La Liqa - 74
A seriyası - 66
Səudiyyə Ərəbistanı Pro Liqası - 47
MLS - 44
Türkiyə superliqası - 42
Çempionşip - 37
Eredivizya - 30

Mundialda premyer-liqanı 35 fərqli ölkədən olan ümumilikdə 154 futbolçu təmsil edəcək. Təsəvvür edin, premyer-liqanın 20 klubunun hər birinin (!) heyətində DÇ-də çıxış edən ən azı bir futbolçu var. Dünyanın başqa heç bir çempionatı belə göstərici ilə öyünə bilməz. Hətta İngiltərənin səviyyəcə ikinci turniri olan çempionşip belə DÇ-yə ən çox oyunçu göndərən çempionatlar arasında ilk ''10-luq''dadı. Bu da bir daha İngiltərə klub futbolunun dünya futbolundakı önəmini və nüfuzunu ortaya qoyur.
Ümumilikdə İngiltərə təmsilçilərin mundiala 200-dən çox oyunçu göndərib. Hətta son mövsümdə 5-ci diviziondan 6-cı diviziona geriləyən ''Breyntri Taun''da belə Yeni Zelandiyanın heyətində yer alan Tommi Smit çıxış edir. “Skuadra adzurra”nın DÇ-yə vəsiqə qazanmamasına baxmayaraq, İtaliyanın hələ də ilk ''5-lik''də qərarlaşması diqqəti çəkir. A seriyasında çıxış edən 20 klubdan 18-nin mundialda təmsilçisi olacaq. ''Böyük beşlik'' bu göstəricidə də hamıdan öndədi. Dərhal sonra Səudiyyə Ərəbistanı (47) və ABŞ (44) çempionatları qərarlaşıb.
Qeyd edək ki bu iki ölkə belə desək, şəxsi rekordunu yeniləyib. İndiyə qədər bu ölkələrdən heç vaxt DÇ-yə bu qədər çox futbolçu yollanmamışdı. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı yığmasının iştirak ərizəsində yer alan 26 futbolçudan 25-i yerli çempionatda çıxış edir. Yerli çempionatı yığmada bu dərəcədə böyük rol oynayan digər DÇ iştirakçısı Qətərdi. Cənubi Afrika çempionatını DÇ-də 19 futbolçu təmsil edəcək və bunların hamısı bir yığmanın heyətində yer alıb. İran, Misir və Çexiya liqalarının da yığmada xüsusi payı çox böyükdü.
Bəs klublarda vəziyyət necədi? Burda lider ''Mançester Siti'' ilə ''Bavariya''dı. Sonrakı pillələrdə Çempionlar Liqasının son finalçıları - PSJ ilə ''Arsenal'' qərarlaşıb.
Klublarla bağlı siyahıda ''Kristal Pelas''ın yuxarı pillələrdə qərarlaşması cəlbedici məqamdı. London təmsilçisi mundiala 12 futbolçu göndərib və bu göstəricidə hətta ''Liverpul'' (11), ''Real'' (10) və ''Çelsi'' (8) kimi nəhəngləri də qabaqlayıb. 2022-də 3-cü divizionda oynayan ''Sanderlend'' həm avrokuboklara vəsiqə qazandı, həm də mundiala 9 futbolçu göndərməsi ilə öyünə bilər.
DÇ-2026-ya ən çox oyunçu göndərən klublar
Mançester Siti - 19
Bavariya - 18
Arsenal - 16
PSJ - 16
Barselona - 15
Mançester Yunayted - 12
Kristal Pelas - 12
Atletiko - 12
Əl-Hilal - 12

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyun 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri