Icma.az
close
up
RU
Jalə Əliyeva: “Dünya çempionatında əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” MÜSAHİBƏ

Jalə Əliyeva: “Dünya çempionatında əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Millimizin güləşçisi Jalə Əliyeva Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, zədəsi ilə bağlı durumuna aydınlıq gətirib, gələcək hədəflərindən danışıb.

- Bir neçə ölkənin iştirakı ilə Türkiyədə təlim-məşq toplanışı keçdiniz. Hazırlıq prosesini necə qiymətləndirirsən?

- Türkiyə yığması ilə məşqlərimiz çox yüksək səviyyədə təşkil olundu. Təlim-məşq toplanışına Qırğızıstan və Qazaxıstan idmançıları da qatılmışdı. Təəssüf ki, zədələndiyimə görə toplanışda sona qədər iştirak edə bilmədim. Aldığım zədəni qısa müddətdə bərpa etmək üçün müalicəni Bakıda davam etdirəcəyəm.

- Avropa çempionatının yarımfinalında da zədələnmişdin. Bu zədə qarşıdan gələn yarışlarda öz təsirini göstərə bilər?

- Avropa çempionatında qabırğamdan zədə almışdım. Ancaq zədəmin artıq sağaldığını düşünürəm. Yenidən xalça üzərinə çıxan zaman mənə ciddi təsir göstərəcəyini düşünmürəm.

- Gələn ay Macarıstanda keçiriləcək ilin son reytinq tunirində iştirak etməyi planlaşdırırsan?

- Bəli, həmin yarışda güləşməyi düşünürəm.

- İlk dəfə 2022-ci ildə böyüklər arasında dünya çempionatında iştirak etmişdin və debütdə 5-ci yeri tutmuşdun. İndi daha təcrübəlisən. Bu dəfə dünya çempionatında medal gözləmək olarmı?

- Dünya çempionatı çox güclü yarışdır. Dünyanın ən yaxşıları bu çempionatda iştirak edir. Əlbəttə, hər idmançı ora medal qazanmaq istəyi ilə gedir. Mən də medal qazananların siyahısında olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.

- Dünya çempionatında əsas rəqiblər kimlər olacaq? Onlara qarşı xüsusi hazırlaşırsan?

- Güləş bir çox dövlətlərdə sürətli inkişaf etdiyinə görə, düşünürəm ki, qarşılacağımız rəqiblərin hamısını ciddiyə almaq lazımdır. Hazırlıq proseslərinə çox ciddi yanaşılmalıdır.

- 3 il əvvəl İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdun. Bu il Səudiyyə Ərəbistanında keçiriləcək analoji yarışda titulu qoruya biləcəksinizmi?

- O yarışa çox güclü şəkildə hazırlaşmışdım. Qalib gələcəyimə inanırdım. Qarşıda hələ 4 aydan çox var. Əldə etdiyim bu nəticəni təkrarlamaq üçün daha da güclü formada olmaq və yüksək səviyyədə hazırlaşmaq lazımdır. İnanıram ki, bu şəkildə davam etsəm, İslam Həmrəyliyi Oyunlarından 2-ci qızılımı vətənimə gətirə biləcəyəm.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 İyun 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri