Dəbdəbəli toyla gündəmə gələn və Bakıda saxlanılan rusiyalı hakim ölkəsinə təhvil veriləcək?
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Azərbaycanda saxlanılan Rusiyanın Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi Yelena Xaxaleva məhkəmənin qərarından sonra öz ölkəsinə ekstradisiya olunacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RİA Novosti" Azərbaycan hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.
Qeyd edək ki, Yelena Xaxaleva Bakıdan Dubaya getməyi planlaşdırarkən hava limanında saxlanılıb, pasport nəzarətindən keçdiyi zaman onun axtarışda olduğu məlum olub.
"O, Azərbaycan məhkəməsi müvafiq qərar verdikdən sonra Rusiyaya ekstradisiya olunacaq", - deyə mənbə bildirib.
Xatırladaq ki, Yelena Xaxaleva 2022-ci ildə külli miqdarda fırıldaqçılıqda və vəzifə saxtakarlığında şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Krasnodar vilayət məhkəməsinin rəyasət heyətinin üzvü və sədrin müavini olan qadın uzun müddət iş yerində olmamasına baxmayaraq, əməkhaqqı almaqda ittiham edilib.
Hakim 2017-ci ildə qızının toyundan video yayımladıqdan sonra "şöhrət qazanıb". İosif Kobzon, Nikolay Baskov, Valeri Meladze və Vera Brejnevanın iştirak etdiyi və külli miqdarda pul xərcləndiyi dəbdəbəli toy mərasimi müəyyən suallar doğurmuşdu. KİV-də dərc edilən xəbərlərdə toya 2 milyon dollara yaxın vəsaitin xərcləndiyi yazılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 28 Yanvar 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















