Icma.az
close
up
RU
Dəbdəbəli toylardan imtina edək! TƏKLİF

Dəbdəbəli toylardan imtina edək! TƏKLİF

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda toy mövsümünün ən çox müzakirə olunan məsələlərindən biri də şadlıq saraylarında boş yer tapmaqdır. Xüsusilə Bakıda bəzi restoranlarda uyğun tarix üçün aylar əvvəldən müraciət etmək lazım gəlir. Hətta toy etmək istəyənlərin məkanı 5-6 ay əvvəldən "bron" etməli olduğu bildirilir. Bu vəziyyət ailə qurmağa hazırlaşan gənclərin planlarına da təsirsiz ötüşmür. İstədikləri tarixə restoran tapa bilməyən cütlüklər bəzən toylarını bir neçə ay, hətta növbəti mövsümədək təxirə salmalı olurlar. Digər tərəfdən, toy məkanlarına tələbatın yüksək olması qiymətlər məsələsini də gündəmə gətirir.

Maraqlıdır, toy restoranlarında yaranan bu sıxlığın əsas səbəbi nədir və artan tələb qiymətlərə necə təsir göstərir?

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda toy bazarında yaranan problemlərin əsas səbəbi tələbin təklifi üstələməsidir.

Onun sözlərinə görə, bu vəziyyət həm qiymətlərin artmasına, həm də xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olur:

"Toy mərasimlərinə olan yüksək tələbat nəticəsində təklif çatışmır. Tələb təklifi üstələyəndə isə baha qiymətlər, keyfiyyətsiz xidmət və müxtəlif problemlər meydana çıxır. Azərbaycanda bu sahədə məhz belə bir vəziyyət formalaşıb".

E.Hüseynov hesab edir ki, cəmiyyətdə toy mərasimlərinə həddindən artıq önəm verilməsi də bu tendensiyanı gücləndirir:

“Mən həmişə demişəm ki, nə qədər Azərbaycan nənələri və babaları nəvələrinin başını sığallayanda "Sənin universitetə qəbul olmağını görüm" yox, "Sənin toyunu görüm" deyirlər, bu dəbdəbəli toy biznesi də inkişaf edəcək. Böyük şadlıq sarayları tikiləcək, insanlar da bu yarışın içində qalacaqlar".

Onun fikrincə, əsas problemlərdən biri də alternativ toy formatlarının təşviq edilməməsidir:

"Nümunə olaraq müasir çadır toyları təşkil oluna bilər. Lazımi sanitariya şəraiti yaradılmaqla bu model uğurla tətbiq edilə bilər. Təəssüf ki, alternativlər təqdim olunmur. Nəticədə toy sifariş edənlər uzun növbələrə düşür və şadlıq sarayları öz şərtlərini diktə edirlər".

AİB sədri əlavə edib ki, toy məkanlarında xidmət prosesi əvvəlcədən hazırlanmış sistem üzrə idarə olunur:

"Toyun gedişi əvvəlcədən müəyyən olunmuş alqoritm üzrə təşkil edilir. Musiqidən, ofisiantların fəaliyyətindən, xidmət tempindən tutmuş hər şey ona hesablanır ki, mərasim müəyyən vaxtda başa çatsın. Toy sahibi isə artıq mərasim başlayandan sonra prosesə nəzarət edə bilmir".

O, bəzi hallarda istehlakçı hüquqlarının da pozulduğunu iddia edib:

"Toyun sonunda sifarişçinin ödədiyi vəsait müqabilində əksər hallarda kassa çeki təqdim edilmir. Burada ciddi vergidən yayınma halları mövcuddur. Bundan başqa, toy müğənniləri ilə bəzi şadlıq evləri arasında formalaşmış əməkdaşlıq sistemi də artıq bu biznesin bir hissəsinə çevrilib".

E.Hüseynov hesab edir ki, gənclərin bahalı şadlıq sarayına görə ailə qurmağı təxirə salması düzgün yanaşma deyil:

"Şadlıq evinə görə gec evlənən gəncləri qətiyyən dəstəkləmirəm. Əgər sevgi və qarşılıqlı hörmət varsa, toy çox sadə şəkildə də təşkil oluna bilər. Əsas ailə qurmaqdır, dəbdəbə yox".

Onun fikrincə, cəmiyyətdə alternativ toy modellərinə keçid təşviq olunmalıdır:

"Artıq belə nümunələr var. Bir-birini sevən, məsələyə sağlam yanaşan gənclər dəbdəbəni özünü göstərmək vasitəsi hesab etmirlər. Onlar daha sadə mərasimlər təşkil edir, nə uzun növbələrdə gözləyirlər, nə də özlərini ağır borc yükü altına salırlar. Hesab edirəm ki, məhz bu istiqamətdə dəyişikliklərə ehtiyac var".

Sosioloq Mail Yaqub isə deyib ki, son illərdə Azərbaycanda toy mərasimlərinin həddindən artıq dəbdəbəli keçirilməsi gənclərin ailə qurmasına mənfi təsir göstərən amillərdən birinə çevrilib.

Onun sözlərinə görə, bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur:

"Son illərdə toy mərasimlərini həddindən artıq dəbdəbəli etmişik. İmkanlı ailələr bunu edə bilir, amma maddi imkanı zəif olanlar da onlarla ayaqlaşmağa çalışırlar. Gücləri çatmadıqda isə məyus olur, nəticədə toy etməkdən, hətta ailə qurmaq fikrindən belə uzaqlaşırlar".

M.Yaqub hesab edir ki, bu yanaşma Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərinə uyğun deyil:

"Bu tendensiya bizim milli-mənəvi mədəniyyətimizə uyğun deyil. Bu, kapitalizmin bizə gətirdiyi mənfi vərdişlərdən biridir. Biz bu yanlış ənənədən uzaqlaşmalıyıq. Gənclər də, böyüklər də anlamalıdırlar ki, insanın xoşbəxt ailə qurması üçün mütləq dəbdəbəli toy etmək vacib deyil".

Sosioloq son dövrlər sadə toy etməyə üstünlük verən gənclərin sayının artmasını müsbət qiymətləndirib:

"Bəzən gənclərdən eşidirəm ki, onlar sadə, təmtəraqsız toy etməyə üstünlük verirlər. Bu, çox sevindirici haldır. Məhz bu yanaşmanı cəmiyyətdə təşviq etməli, ənənəyə çevirməliyik ki, gənclər daha rahat ailə qura bilsinlər".

Mail Yaqubun fikrincə, son illər ölkədə nikahların sayının azalması və əhalinin artım tempinin zəifləməsi də bu məsələyə daha həssas yanaşmağı tələb edir:

"Azərbaycanda son illər ailə quranların sayı azalıb, bunun fonunda əhalinin artım tempi də aşağı düşüb. Bu, gələcəkdə ciddi sosial-demoqrafik nəticələr yarada bilər. Ona görə də hər kəs, hətta maddi imkanı yüksək olan ailələr belə, sadə toy etməklə cəmiyyətə nümunə olmalıdır. Bu həm gəncləri ruhlandırar, həm də ailə qurmağa mane olan psixoloji və maliyyə baryerlərinin azalmasına kömək edər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see590

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see461

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see384

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see356

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see253

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see235

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see233

Livitt istefa verdi

13 Avqust 2026 00:16see212

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see205

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see203

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see193

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see177

YouTube dan pul qazanmaq çətinləşir

11 Avqust 2026 14:13see176

“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12 Avqust 2026 00:13see172

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see170

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see166

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see163

KL də 2 komanda pley offa adladı

12 Avqust 2026 01:40see155

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see154

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri