Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Dədə Qorqud, hardasan? Dilimizə “voobşe” virusu düşüb!

Dədə Qorqud, hardasan? Dilimizə “voobşe” virusu düşüb!

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elə bir vəziyyətdəyik ki, Dədəm Qorquda ehtiyac yaranıb. Amma nə edək? VII əsrə, Dədəyə necə mesaj göndərək ki, ay dədə, gəl, söz ehtiyatımız artır. Bir işdi olub 4 dəfə səhv eləmisən; gəlinə “ayıran”, ayrana “doyuran”, iynəyə “tikən”, tikana “sökən” deməmisən. Keçdik bunları. İndi dilimizə görə aləm dəyib bir-birinə. Biri deyir, Türkiyə türkcəsindən kəlmələr gətirək, biri deyir, yox, rus dilindən gətirək. İngilisdən, Markdan, Elon Maskdan... dilimizə zatən o qədər sözlər keçib. Ara qarışıb, məzhəb itib. 

Bu vurhavurda, Dilçilik İnstitutu da gündə bir yeniliklə çıxır ortaya. Dilçi alimimiz də “Biz gərək dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən rus sözlərini də, məsələn, "vopşe", "tak çto", "znaçit" kimi sözləri də dilimizin lüğətinə daxil edək. Çünki bu sözlər artıq bizim leksikonumuzda var. Eyni zamanda mətbuatı vərəqləyib görsək ki, orada hələ də yayğın olmayan bir ingilis, fransız, ərəb, İndoneziya, hind sözü varsa, onu da lüğətə daxil edə bilərik. Məhz bu cür dildə sözlərin sayını artırmaq olur”. “Əhməd hardadır?” filmində Şirin kişinin oğluna cavabı yada düşür: “A bala, evlənmək də plannandı?!”. Hörmətli akademiklər, dilçilər, “dilin lüğət tərkibini artırın, sözlərimiz bol olsun”, tapşırığımı almısınız kimdənsə?.. Söz artırmaq yarışına nədən, niyə girməliyik? 

Şərqşünas alim, professor Nəriman Qasımoğlu son günlər dilimiz, dialektologiya, orfoepiya... ətrafında baş verənlər barədə fikrini belə izah etdi: 

- Əcəb işə düşmüşük!.. Dialektologiya mütəxəssislərinin yazdıqlarına istinadən ölkəmizin “orfoepiya” dilçiləri Azərbaycan ədəbi dil nitqini ləhcələşmə girdabına sürüklədilər. İctimai yerlərdə azərbaycanlıların nitqini korlamaqdadırlar. İndi bunun altını çəkməkdəyik. Bu yaxınlarda gənclərimizlə yaradıcılıq görüşüm oldu. Sual-cavab səpkisində keçən görüşümüzdə iştirakçıların tələffüzü ucbatından tez-tez xahiş edirdim suallarını təkrarlasınlar. Bəzən də elə olurdu, sual verənin nə dediyini aparıcı mənə izah etməli olurdu. Həqiqətən, kədərli bir duruma düşmüşük. Milli və siyasi sərvətimiz olan Azərbaycan ədəbi dil nitqi “dilçilər”in səyləri nəticəsində zavala uğramaqda davam edir. Bizim mətbuatda elmi dəlillərlə etirazlarımıza məntiqli cavab verməyə aciz qaldıqlarını görən kimi hərəkətə keçdilər, Nazirlər Kabinetinin "orfoepiya"ya dair qərarının çıxarılmasına nail oldular. Kiçicik bir məqamı xatırladım, həmin qərarın mahiyyəti aydın olsun. “Dilçilər”in caladığı qaydalara görə, Azərbaycanın dövlət himnini oxuyarkən “üç rəngli bayrağınla məsud yaşa” cümləsini “üç rəngli bayrağınnan məsud yaşa” kimi tələffüz etməlisən. Biabırçılıqdır... Halbuki Azərbaycanın siyasət, elm və mədəniyyət xadimlərinin örnək nitq nümunələri var, yaxşı ki səs yazıları qalır. Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyevin, Səməd Vurğun və Mirzə İbrahimovun, Leyla Bədirbəyli və Mehdi Məmmədovun, Yaşar Qarayev, Bəkir Nəbiyev və Kamal Talıbzadənin, Sara Qədimova və Əbülfət Əliyevin və b.-nın nümunələri. Bu gün televiziya ekranlarında çıxışlar edən akademik Rafael Hüseynovu xüsusi qeyd edərdim. Və nəhayət, Prezident İlham Əliyevin nitqlərinin gəncliyimizə nümunəvericiliyi də göz önündə. Anlamırlar ki, məhz türk dillərinə xas ədəbi nitq qaydaları xırda-para istisnalarla sözlərin, ifadələrin yazılışına uyğun müəyyənləşib. Bu barədə çox deyilib, çox yazılıb. Diqqətə alan yalnız dilimizin təəssübünü çəkənlərdir. Bir dəfə nikbinliklə yazmışdıq ki, əhalinin mütaliəli intellektual kəsimi onsuz da saxta orfoepiya qaydalarına əməl etmir, gənclərimizin mütaliəsi artdıqca o qaydaların silinməsi labüddür. Yəni orfoqrafiya lüğətinə əl vurmasınlar, hər şey düzələcək. İndi “tak çto”, “znaçit”, “voobşe” qəbilindən sözləri lüğətə salmaq cəhdləri də baş tutmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 May 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri