Icma.az
close
up
RU
“Dedi ki, Məleykə Abbaszadənin qudasıdır” Təranə 10 minlərlə pulu necə yığdı?

“Dedi ki, Məleykə Abbaszadənin qudasıdır” Təranə 10 minlərlə pulu necə yığdı?

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Mustafayeva Məlahət, Şamilova Tahirə, Cəfərova Təranənin bir qrup şəxsə qarşı dələduzluq ittihamı ilə cinayət işinə dair məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkən və şahidlərin ifadəsi ilə davam edib.

Zərərçəkən Gülzadə Mansurova  Şamilova Tahirəyə sertifikasiyadan keçmək üçün  pul verdiyini bildirib:

"Övladımın ingilis dilindən sertifikasiyadan keçə bilməsi üçün 5500 manat pul verdim o qadına. Bizi bacım qızı əlaqələndirmişdi, dedi bir adam var, Məleykə Abbaszadənin qudasıdır,  o həll edəcək. Adı siyahıda çıxmadı, biz də pulumuzu tez geri istədik. Mənə dedilər ki, narahat olma, növbəti siyahıda çıxacaq adı. Yoldaşım ödəyib pulu, mən razı deyildim. Məlahətə 8000 ödənib, 9000 qalmışdı. Pulumu tələb edirəm".

Zərərçəkən Teymur Zülfüyev həmin dövrdə Tahirə Şamilovanın evində usta işlədiyini dedi:

"Məndən soruşdu  ki, uşaqların özü girib instituta, yoxsa pul veribsən? Gəlinim rus dili müəlliməsidir, iki imtahandan kəsilmişdi. Tahirə xanım dedi ki, 16000 gətir, gəlininin işini düzəldim. Yenə imtahandan kəsilmə olunca, pulumu geri istədim. 11000 manatı, qaytarıb, 5000-i qalıb".

Zərərçəkən Şahbazova Təranə pulunu geri istədiyini dedi:

"İki ildir günümüz qaradır, pulumuzu qaytarmayıblar. Barışılası mövzu deyil, necə barışım?".

Şahid Misirova Arzu iş üçün yaxınına müraciət etdiyini bildirib:

"Yaxınım dedi ki, Tahirə xanıma müraciət edim, o düzəldə bilər. Öyrəndim ki, 12 000 manata  başa gələcək və məni 55 nömrəli məktəbə təsərrüfat müdiri kimi düzəldəcək. Mən məktəbin səhifəsinə daxil olanda gördüm ki, oranın müdiri var. Bunu Tahirə xanıma deyəndə dedi  ki, o elə-belə şəkildir, fikir vermə. Şübhələndim və bundan sonra pulumuzu geri istədik."

Digər zərərçəkənlərin dindirilməsi üçün məhkəmə növbəti prosesi  3 dekabr saat  14:00-a təyin etdi.

Fərqanə Novruzova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Noyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri