Icma.az
close
up
RU
Dedim ki, mənimlə evlənməsən, borclarımı bağlamasan Tiktoku silməyəcəyəm

Dedim ki, mənimlə evlənməsən, borclarımı bağlamasan Tiktoku silməyəcəyəm

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Cəlilabad rayonunda 1982-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Fərman qeyri-rəsmi münasibətdə olduğu Fərqanəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin sentyabrın 12-də Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən istiqamətində baş verib.
Fərman həmin gün saat 13:30-da heç bir əsaslı səbəb olmadan əvvəlcədən tanıdığı, qeyri-rəsmi nikahda olduğu Fərqanə ilə mübahisə edib. Həmin mübahisə zəmində aralarında yaranmış mübahisə zamanı Fərqanəni nalayiq ifadələrlə ucadan təhqir edib, yumruqla alt çənə nahiyəsindən bir dəfə zərbə vurub.
Fərmanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Fərqanə ilə qeyri-rəsmi nikahda olublar: “Hazırki münaqişə baş verən tarixdən təxminən iki ay əvvəldən münasibətlərimiz yaranıb. Fərqanə ilə münasibətdə olduğum vaxtdan onun maddi ehtiyaclarını ödəmişəm. 2024-cü ilin sentyabrın 11-də, axşam vaxtı Əmrahla Cəlilabad şəhərinə getmək qərarına gəldik. Bu zaman Fərqanə də mənimlə getmək istədiyini dedi. Mən də buna etiraz etmədim. Həmin tarixdə axşamçağı mən və Fərqanə Əmrahın idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə Cəlilabad rayonuna yollandıq. Cəlilabad şəhərində gecələməyə yer tapmadığımız üçün Masallı rayonuna “İstisu” deyilən əraziyə gedib orada oteldə qaldıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün, sentyabrın 12-də yenidən Cəlilabad şəhərinə qayıdıblar: “Orada metal əşyalar alacağımız obyektin qarşısında olarkən Fərqanə ilə aramızda sözlü mübahisə baş verdi. Bu zaman Fərqanə məndən onun digər şəxslərə olan borclarını ödəməyimi tələb etdi. Mən də maddi imkanımın aşağı olmasını dəfələrlə bildirdim. Lakin Fərqanə təkidlə məndən pul tələb etdiyi üçün aramızda mübahisə baş verdi. Mən onu təhqir etdim. Sonra biz avtomobildən çölə çıxaraq mübahisəni davam etdirdik. Mübahisə zamanı Fərqanə çöldə səs-küy saldı. Mən də onun qolundan tutaraq avtomobilə əyləşdirdim ki, səs-küy salmasın. Buna baxmayaraq Fərqanə xatırlamadığım taksiyə əyləşərək getdi”. 
Təqsirləndirilən şəxs deyib ki, Fərqanənin bir çox borcunu ödəyib:
“Onunla ciddi münasibət, yəni nikah qurmaq istəmişəm. Hətta bununla bağlı ərizə ilə “Asan Xidmət”ə də ərizə ilə müraciət etmişik. Münasibətlərimiz başlamamışdan öncə onun borclarının bu qədər yuxarı, yəni 30 min manat civarında olduğunu bilməmişəm. O, mənə 5-6 min manat civarında borcu olduğunu bildirmişdi. Hadisə baş verən zaman xuliqanlıq etməmişəm. Əksinə olaraq Fərqanəni səs-küy salmamasını xahiş edərək avtomobilə əyləşməsini tələb etmişəm”.
Zərərçəkmiş Fərqanə izahatında göstərib ki, Fərmanla aralarında heç bir ədavət və şəxsi-qərəzçilik olmayıb: “Mən Fərmanı məlum hadisədən 2 ay əvvəl tanımışam, onunla qeyri-rəsmi nikahda olmuşam. Özüm əvvəllər müxtəlif restoranlarda ofisiant olaraq işləmişəm, normal əmək haqqı almışam. Fərmanla tanışlıqdan sonra onun təkidi ilə işdən çıxdım. Hətta mənə yalan vədlər verərək ailə quracağımızı, borclarımı bağlayacağına söz verdi. Mən də ona inandım, işlədiyim işdən çıxdım. Mənim 5800 manat borcum olub. Fərman söz verdi ki, həmin borcu ödəyəcək. Fərman 1 ay ehtiyaclarımı qarşıladı, daha sonra mənimlə mübahisə etməyə başladı. Fərman sadəcə olaraq evin bir aylıq kirayə haqqını ödədi. Bundan sonra bildirdi ki, ödənişi etməyəcək. Ona görə də aramızda mübahisələr yarandı”. 
Fərqanə qeyd edib ki, sentyabrın 11-də pul üstündə aralarında mübahisə baş verib: “Mənə bildirdi ki, artıq pul ödəməyəcək. Hətta mənim mobil telefonumu götürərək evdən getdi. Mən də arxasınca getdim, səs-küy saldım. Fikirləşdim ki, belə etsəm, telefonu qaytarar. Fərman dedi ki, həmin telefonu sataraq mənə çəkdiyi xərclərə çıxacaq. Fərmanla avtomobilə əyləşdim, onunla avtomobildə mübahisə etdik. Hətta ondan telefonumu istədim. Lakin telefonumu vermədi. Sonra qəsdən məni Masallı rayonuna gətirdi. Biz həmin gün Masallı rayonunda qaldıq. Səhəri gün, saat 9 radələrində Masallı rayonundan çıxdıq və Cəlilabad rayonuna gəldik. Orada broylerdə işləri ilə məşğul olduq. Sonra oradan uzaqlaşaraq kafeyə getdik, orada yemək yedik. Həmin vaxt Əmrah da yanımızda olub. Saat 12 radələrində kafedən çıxdıq. Hətta süfrədə oturan zaman borclu olduğum şəxs də zəng vuraraq pulunu istədi”. 
Zərərçəkmişin sözlərinə görə, daha sonra onlar Əmrahın idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə hərəkət ediblər: “Avtomobildə olan zaman Fərman bildirdi ki, “Tik-tok” hesabımı silim. Mən Fərmana dedim ki, sən nə zaman mənimlə rəsmi nikaha girsən, borcları ödəsən, onda sənin dediklərini edərəm. Sonra aramızda mübahisə baş verdi. Mən Fərmana dedim ki, sən pulu ödəməmək üçün bəhanələr axtarırsan. Sonra o, şillə ilə bir dəfə sifətimin sağ tərəfindən vurdu. Sonra Əmraha dedi ki, apararaq məni başqa yerdə ataraq gəlsin. Mən də ona söylədim ki, bura sizinlə gəlmişəm, sizinlə qayıdacam. Əmrah məni avtomobilə əyləşdirərək oradan kənarlaşdırdı. Yolun yarısına çatanda ona dedim ki, geri qayıtsın. O da geri qayıtdı. Həmin vaxt Fərman broylerin qarşısında olub. Məni görən zaman şok oldu, bildirdi ki, niyə geri qayıdıbsınız. Mən səs-küy salmağa başladım. Bu zaman Fərman boyun nahiyəmdən tutaraq sıxdı, yumruqla boyun nahiyəmdən vuraraq məni avtomobilə əyləşdirdi. Hətta ünvanıma nalayiq sözlər işlətdi. Onun bu səs-küyünü və məni təhqir edərək vurmasını broylerin işçiləri, yoldan keçən şəxslər görüb. Fərmanın səs-küyü və təhqirləri ətrafı bürüyüb. Avtomobilin içərisində də o, öz əməllərini davam etdirdi. Yumruqla bir dəfə çənə nahiyəmdən vurdu, əli ilə sağ əl nahiyəmdən tutaraq dartdı. Hətta sağ əlimin 2-ci barmağının dırnağını sındırdı. Mən avtomobildə qışqırdım, səsim ətrafı bürüdü. Hətta işçilər qıraqdan bizə baxıblar. Lakin onlar dava-dalaşa müdaxilə etmədilər. Əmrah isə avtomobildə qabaqda əyləşərək döyülməyimi seyr etdi. Fərman bildirdi ki, sən məni biabır elədin, getməlisən. Mən də getməyəciyimi dedim. Fərman söylədi ki, mənə görə onun işi də alınmadı. Daha sonra avtomobildə qabaq oturacaqda əyləşdi. Yenə mənimlə nalayiq formada danışdı. Mən  avtomobildən düşərək yoldan keçən başqa avtomobili saxlatdıraraq polisə şöbəsinə yollandım. Döyülməm ilə bağlı polis şöbəsində ərizə yazdım”.
Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Fərman aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri