Icma.az
close
up
RU
Dediyim hər şeyi etməlisən Lökbatandakı qətlin təfərrüatı

Dediyim hər şeyi etməlisən Lökbatandakı qətlin təfərrüatı

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Qanlı cinayət hadisəsi 2024-cü il martın 6-da Lökbatan qəsəbəsi, "Qobu Park-1" Yaşayış Kompleksində baş verib.

Məzahir Bayramov aralarında yaranan mübahisə zamanı 28 yaşlı İlham Haqverdiyevə bıçaqla xəsarətlər yetirib. Sonuncu aldığı xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Məzahir Bayramov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. O, ifadəsində bildirib ki, İlham Haqverdiyev qonşuluğunda yaşayıb və özündən 10 yaş böyük olub. Hadisədən 4-5 ay əvvəl məhəllədə olanda İlham dostları ilə sərxoş vəziyyətdə gələrək ona çiyin atıb. Bu hərəkətinin səbəbini soruşduqda İlham cavab olaraq "nə edirəm, yaxşı edirəm" deyib. O, İlhama içkili olduğunu, düzgün hərəkət etmədiyini izah etməyə çalışanda qonşusu üzünə yumruq atıb.

Buna baxmayaraq, özünü təmkinlə aparıb, İlhama içkili olduğunu və sabah söhbət etmələrini bildirsə də, sonuncu indi danışacaqlarını deyib. Məzahiri "Toyota" markalı avtomobilinə mindirərək maşını Qobu kənd istiqamətində sürüb. Maşında mübahisə ediblər. Sonra məhəlləyə qayıdıblar. Evdə ailə üzvlərinə hadisə barədə heç nə danışmayıb.

Məzahir növbəti gün İlhamla görüşdükdə o, ötən axşam içkili olduğundan düzgün hərəkət etmədiyini bildirərək ondan üzr istəyib. O isə İlhamdan bir də belə hərəkət etməməsini xahiş edib, bununla da söhbət qurtarıb.

Bu hadisədən sonra dəfələrlə rastlaşıblar, aralarında ədavət olmayıb. Martın 6-da məhəllədə uşaqlarla tonqal qalayıb, xeyli söhbət ediblər.

Sonra marketə gedərək özünə spirtli içki alıb və aşağı məhəlləyə doğru gedib. Orada İlhamla dostu Nihad onu görüb, öz aralarında gülüşməyə başlayıblar və kafeyə daxil olublar. O da onların arxasınca obyektə girib. Bir neçə dəqiqə sonra İlham Məzahirə yaxınlaşaraq içkili olduğunu və onun dediyi hər şeyi etməli olduğunu bildirib. Məzahir İlhamla Nihadın onu uşaqların yanında "sındırdıqları" üçün ağlamağa başlayıb. Nihad onun sinəsindən arxaya itələyərək onlara heç kimin söz deyə bilməyəcəyini bildirib. Məzahir oradan aralandıqdan sonra atası Elşən Bayramova İlhamla Nihadın onu hədələməsi haqqında mesaj yazıb. Atası və dayısı oğlu Cəsur Həsənov yanına gəliblər. Məzahir atasından telefonu alaraq Nihada zəng edib. Harada olduğunu soruşanda sonuncu ona sərt cavab verib. Bunu eşidən atası telefonu əlindən alaraq özü Nihadla danışmağa başlayıb, ona düzgün hərəkət etmədiyini izah etməyə çalışıb.

Telefonu Nihaddan alan İlham nalayiq ifadələr işlətdikdə Məzahir qaçaraq kafenin qarşısına gəlib. Atasıgil də onun arxasınca gəliblər. Kafenin qarşısına çatan kimi ünvanına söyüş söyən İlhamın ürəyinə bıçaqla zərbələr endirib.

Məhkəmə iclasında Məzahir Bayramov ittiham üzrə özünü təqsirli bilib. Şahidlər onun ifadəsinin əksinə ifadə veriblər. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib.

Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Bayramov Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku Tv-nin videomaterialında:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Noyabr 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri