Icma.az
close
up
RU
Dəfn işi ucuzlaşa bilər Siyavuş Novruzovun qəbiristanlıq təklifi dəstəkləndi

Dəfn işi ucuzlaşa bilər Siyavuş Novruzovun qəbiristanlıq təklifi dəstəkləndi

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, 2 gün əvvəl deputat Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında qəbiristanlıq mövzusuna toxunub. O, Bakıda və ətraf ərazilərdə dəfn yerlərinin olmamasından gileylənib. Parlamentari bildirib ki, nümunəvi qəbiristanlıqlar yaradılmalı və bu məsələ bələdiyyələrə həvalə olunmalıdır.

Deputatın bu təklifi cəmiyyətdə müsbət qarşılanıb.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan tikinti və əmlak məsələləri üzrə ekspert Elnur Azadov da millət vəkilini dəstəkləyib. O, bəzi ərazilərdə qəbiristanlıq yerinin 10-15 min manata satıldığını söyləyib:

“Qanunvericiliyə görə, bizdə faktiki olaraq, iki yerdi icra qurumu var: icra həkimiyyətləri və bələdiyyələr. Təəssüf ki, səlahiyyət bölgüsünə gəldikdə vətəndaşlar bilmir ki, onun problemi bələdiyyənin, yoxsa icra hakimiyyətinin səlahiyyətinə aiddir, hansı quruma müraciət etməlidir.

Bələdiyyələr adətən ərazi üzrə yaşayan şəxslər arasından seçilir ki, sosial problemlərlə maraqlansınlar. Amma bizdə bələdiyyələr yalnız torpaq satan struktur kimi tanınır. Vaxtilə torpaqları satıblar, indi də qapı-qapı düşüb vergi yığırlar. Cəmiyyətdə bələdiyyə haqqında bundan o tərəfə fikir yoxdur.

Bakı şəhərinin Baş planı 2023-cü ilin sonunda təsdiqlənib. Çox böyük layihə olduğuna görə, orada bütün sosial-iqtisadi məsələlər öz əksini tapıb. Bunlardan da birinin icraası elə qəbiristanlıqlarla bağlıdır.  Çünki cəmiyyətdə qəbiristanlıqlarda yer problemi ilə çox adam üzləşir. Müracət olduqda da yer tapılmır. Hara, kimlərə necə müracət etmək məsələsi də bürokratik bir əngəldir. Qəbiristanlıq rəhbəri tapılmalı, ona müraciət olunmalıdır. O da yaxşı yeri baha qiymətlə satır. Eşitdiyimə görə, Yasamal qəbiristanlığında 10-15 min manata yerlər satılır. 
Necə ki, pulu olan bahalı yerdə ev alırs, az pulu olan yaxın qəsəbələrə gedir, heç pulu olmayan da rayonda gedib yaşayırsa, bu qəbiristanlıq məsələsi də onun kimidir. Amma bu, düzgün deyil”. 

E.Azadovun fikrincə, qəbiristanlıq bələdiyyələrin səlahiyyətinə verilməli və şəffaflıq təmin edilməlidir. Ekspert problemin ASAN Xidmət yolu ilə həll edilə biləcəyini düşünür:

“Qəbiristanlıq məsələsində özbaşınalıqdır. Bu baxımdan hörmətli parlament üzvləri düzgün məsələyə toxunublar. Bu istiqamətdə qanun layihəsi hazırlanmalıdır.
Bu saat qəbiristanlıqla bağlı ən acınacaqlı vəziyyət Bakı şəhərindədir. Əhalimiz 10 milyondur. 4 milyona yaxını Bakıda və Abşeron yaramadasında məskunlaşıb. Ona görə, məncə, bu məsələdə ictimaiyyətin də fikri nəzərdə alınmalıdır. Qəbiristanlıqların idarəsi bələdiyyələrə verilməlidir. Sözsüz ki, burada şəffaflığın təminatı olduqca vacibdir.
Düşünürəm ki, bu məsələ ASAN Xidmət yolu ilə icra olunsa, daha yaxşı olar. Həm ölüm şəhadətnaməsinin alınması da ora bağlı olar, həm də qəbiristanlıq məsələsi həlli olarsa, daha düzgün olar.

Sözsüz ki, qəbiristanlığın bölünməsi, hər hansı bir yerə nəzarət, süpürülməsi, səliqəyə salınması, təmiri, işıqlandırılması bələdiyyələin səlahiyyətində olsa daha məqsədəuyğundur”. 

Billurə Yunus
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri