Icma.az
close
up
RU
Deformasiyaya uğrayan dəyərlərimiz: Sosial şəbəkə günahkar deyil

Deformasiyaya uğrayan dəyərlərimiz: Sosial şəbəkə günahkar deyil

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər cəmiyyətimizdə sosial dəyərlər xeyli dəyişib. Bu yeniliklər cəmiyyətdə həm münasibətləri, həm də sosial institutları yenidən formalaşdırır. Belə dəyişikliklərdə qadınların rolu xüsusilə önəmlidir, çünki qadınlar həm ailədə, həm də ictimai sferada daha fəal mövqe tutur, sosial medianın və təhsilin təsiri ilə öz mövqelərini daha açıq ifadə edirlər. 

Cəmiyyətimizdə son illərdə ən çox dəyişən sosial dəyərlər hansılardır? 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bizi cəmiyyət daxilində bir yerdə, dinc yaşamağa sövq edən sosial, əxlaqi və mənəvi dəyərlərin olduğunu deyib. 

O bildirib ki, sosial dəyərlərin təsiri ilə formalaşan bütün davranış qaydaları bizi biz edən əsas meyarlardır:

“Ona görə də davranışlarımızda, mənəvi həyatımızda, həyamızda və əxlaqımızda yol verdiyimiz hər hansı yanlışlıq sosial dəyərlərin zəifləməsinə səbəb olur. Bəzən deyirlər ki, qadınlar hər zaman əxlaq və namus məsələlərində daha çox məsuliyyət daşımalıdırlar. Doğrudur, qadının bu dəyərlərin qorunmasında rolu böyükdür. Lakin mən hesab edirəm ki, qadın qədər kişinin də üzərinə məsuliyyət düşür. Cəmiyyətdə həmin dəyərlərin qorunub saxlanılmasında və inkişafında qadın mühüm mövqedədir. Çünki qadın həm yeni nəsli dünyaya gətirir, həm də onu böyüdüb tərbiyə edir. Bütün hallarda ana rolu, atanın rolundan daha təsirlidir. Bu baxımdan cəmiyyətin əxlaqında, mənəviyyatında qadının rolu daha qabarıq görünür. Amma bu o demək deyil ki, kişi kənarda durmalıdır”. 

Sosioloqun sözlərinə görə, bütün problemlərin həllində qadın nə qədər məsuliyyət daşıyırsa, kişi də o qədər daşımalıdır:

“Sosial dəyərlərin aşınmasında qadınlar qədər kişilər də günahkardır. Bəzən qadınların üzərinə həddindən artıq yük qoyulmasını qəbul etmirik, lakin çox zaman özümüz könüllü şəkildə bu məsuliyyəti üzərimizə götürürük. Çünki bizi belə tərbiyə ediblər ki, sosial, mənəvi və əxlaqi dəyərlərin qorunmasında və davranışlarımızın qüsursuz olmasında özümüzü borclu sayırıq. Bizim üçün normal həyat tərzi, demək olar ki, mükəmməl həyat tərzi anlamına gəlir.


Lakin unutmamalıyıq ki, ailənin, cəmiyyətin və dəyərlərin sağlam formalaşması üçün mənəvi və əxlaqi məsələlərdə kişinin rolu da qadın qədər vacibdir. Qadının həyası nə qədər əhəmiyyətlidirsə, kişinin də həyası o qədər önəmlidir. Qadının namusu nə qədər dəyərlidirsə, kişinin də namusu bir o qədər qiymətlidir. İffətli, izzətli qadın cəmiyyət üçün nə qədər zəruridirsə, eyni dərəcədə iffətli və izzətli kişi də vacibdir. Sağlam cəmiyyətin formalaşmasında həm qadının, həm də kişinin rolu paralel şəkildə davam etməlidir”.

L.Mehralı hazırkı Azərbaycan cəmiyyətinə nəzər saldıqda qadınların arasında mənəvi tənəzzülün yayıldığını müşahidə etdiyini vurğulayıb. 

O qeyd edib ki, sosial mediada yayımlanan videolarda, canlı yayımlarda, ictimai yerlərdə qadınların davranışlarında tez-tez mənəviyyatsızlıq əlamətləri görünür:

“Həmcinslərimizin bəziləri ciddi mənəvi böhran yaşayır, bunu isə tamamilə normal qəbul edirlər. Onlar tənqidə açıq deyillər, fərqli fikirləri qəbul etmirlər və mədəniyyətsiz davranışlarını adi hal kimi təqdim etməyə çalışırlar. Onların baxış bucağında normal davranış meyarları tamamilə fərqlidir və əks fikri qəbul etmirlər”.

Müsahibimiz əlavə edib ki, bu vəziyyətdə sosial şəbəkələrin təsiri də az deyil:


 “Bəzən deyirlər ki, sosial şəbəkələrin günahı yoxdur. Bu, bir növ bıçaq kimidir: insan var ki, bıçaqla adam öldürür, insan da var ki, onunla meyvə doğrayır. Sosial şəbəkə də belədir – kimin mənəviyyatı nə qədərdirsə, əlindəki vasitə də həmin mənəviyyatın bir növ əks-sədasıdır. Sosial mediada hər kəs mənəviyyatsızlığı nümayiş etdirmir, ədəbsiz videolar paylaşmır. Kifayət qədər faydalı işlərlə məşğul olan qadınlar da mövcuddur. Sosial şəbəkə sadəcə bir nümunədir; eyni halları ictimai nəqliyyatda, növbə mədəniyyətində də müşahidə etmək mümkündür. Nəticədə biz öz cəmiyyətimizin aynasıyıq”.

Fidan Hacızadə
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyul 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri