Icma.az
close
up
RU
Millimənəvi dəyərlərimiz əldən gedir... Bizi sosial şəbəkə korlayır, yoxsa televiziya?

Millimənəvi dəyərlərimiz əldən gedir... Bizi sosial şəbəkə korlayır, yoxsa televiziya?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az İlham Tumasın “Törənin izində” yazısını təqdim edir.

Törənin izində olanların arasına gəlin!
Yaxud 6-cə əsrdən gəlmiş adamla söhbət

Qəzetçi vaxtlarımda əsas və vaxtaşırı müraciət elədiyim iki mövzu vardı: Qarabağın qurtuluşu, bir də milli-mənəvi dəyər, yəni gələnəklər! Şükür, Qarabağın qurtuluşunu yaşadıq, bu gün Qarabağı qururuq. İlk baxışdan könüllərin xoş olmağa borclu olduğu bu günlərdə artıq dəyərlərin, gələnəyin halına yanmalıyıq. İnanın, elə vəziyyətdi, illər əvvəl Qarabağın qurtuluşuna inanırdım, ancaq bu halın düzələcəyinə get-gedə inamım da qalmır. Nə baş verir?

Nələrin olduğunu görənlər görür, görməyənlər bilir, eşidir. Nə milli-mənəvi dəyər, nə gələnək? Gedir əldən, özü də sürətlə! Bəndənizin illər əvvəldən inandığı bir düstur var: sən bir xalqın dəyərlərinə birinci kərə sataşarsan, səni didmək halına gələr; ikinci kərə sataşarsan, dişini qıcırdar; üçüncü dəfə sataşarsan, artıq xalq kütlə kimi sənə qoşulub həmin dəyərləri ələ salar, ayaqlar altına atıb tapdalayar. Gözümüz aydın olmasın, artıq üçüncü mərhələyə yaxınlaşırıq. Kimi də dindirirsən, sosial şəbəkələri, televiziyaları qınayır. Təxminən belə: “Bu sosial şəbəkələr, televiziyalardı pozan camaatı, gəncliyi, uşaqları. Hamısını yığışdırmaq lazımdır!”

Nə isə, qısası, problemimiz var: sürətlə arsızlaşma, urvatdan salınma və urvatdan düşmə gedir, ancaq hər naqisliyi kiminsə, nəyinsə üstünə atmaqla canımızı qurtarmağa çalışırıq. Ancaq yox! Belə asanlıqla can qurtarma olmur.
Deyir, taylı-tayını tapmasa, günü ah-vayla keçər. Qədim rəvayətdi, İsa Peyğəmbər də deyib, Nizami də yazıb, bizim də dilimizin əzbəridir. Söyləyirik, “hər pisdə bir yaxşı var, adam odur ki, pislik içində yaxşını seçib götürsün”.
Lap deyək, televiziyalar da pisdi, sosial şəbəkələr də, qəzetlər də, saytlar da... Bəs statistikaya nə deyək? Statistika, reytinq yox, ha, statistika, yəni sosial sorğu, sual-cavabdan alınan nəticə, ciddi hökümət və qeyri-hökumət təşkilatlarının hesabatları, göstərir ki, “bunlar bizi korlayır” deyən camaat elə onları korlayan şeylərə baxır, onları korlayan şeyləri dinləyir, onları korlayan şeyləri oxuyur!
Bir ciddi yazı yazırsan, görürsən, “filankəs oğraşlıq elədi” yazısı sənin qanacaqlı, tərbiyəli yazından yüzqat çox oxunur. Bir film çəkirsən, görürsən, “bir oğraşın taleyi” sənin çəkdiyin tarixi filmdən yüzqat çox baxıldı, barəsində deyildi, yazıldı. Özü də bu, illər uzunudu davam edir, vicdan haqqı.
İkinci dəfə hərbidən qayıdandan - 2000-ci ildən fasiləsiz mətbuatda, televiziyadayam, həmişə belə gördüm, belə bildim, indi də belə görürəm, belə bilirəm. Hər şeyi kənara qoyub, bircə nümunə gətirirəm. Təxminən, bir aydı Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın dəstəyi ilə ARB TV-nin efirində hər cümə günü axşam saat 10-da, bəndənizin də redaktor kimi yer aldığı “Törənin izində” verilişi efirə gedir. Saatını ona görə yazıram ki, televiziyaçılar bilir, baxın, ən baxımlı vaxtdı efirdə!

Haşiyə olaraq deməyi özümə borc bilirəm. Verilişin hazırlıq dövrü çox ağır keçdi. Layihəyə ad tapaılmasında başlamış, bu adın qədim Türk əlifbasında yazılışına, geyimlərə, dekorlara, çadırlara, qonaqlara, suallara qədər hər şey detallarına qədər işləndi...

Hökümət qurumları kimi Agentlik və Şura, bir də özəl TV bundan başqa neyləməlidi? Neyləməlidi ki, tamaşaçımız “bu, əladı, biri də gəlsin” deyib, yeni bir nümunəyə yol açsın? Yekə-yekə “Mən Azərbaycan TV-lərinə baxmıram” deyən bəzi iş adamları, bəzi “feodallar” olmazmı bu verilişə baxsın, desin ki, “əla, mən də dəstəyəm, filan qədim geyimi mən sifariş edərəm, filan çadırı mən quracam” və sair və ilaxır?
“TV-lər camaatı korlayır” kimi zəhər-zəqqum şikayətlərini səhərdən-axşama beyinlərə yeridənlər niyə bu və bu kimi verilişləri görmürlər, ailədə, işdə, küçədə rastlaşdıqları hər naxoşluqda efirləri günah keçisi çıxardanlar balalarına belə verilişlərə baxmağı məsləhət eləmirlər? Axı, bu veriliş hamının gecə-gündüz “törə, gələnək əldən getdi, milli adət-ənənədən uzaqlaşırıq, türk törəsinə qayıtmasaq, yox olacağıq” kimi həyəcan qarışıq SOS siqnallarına cavabdır, üzləşdiyimiz problemlərin həlli yoluyla bağlı gələcəyə yönəlik özünəməxsus bir proqramdır.

Dövlətin də dəstəyi olan bur verilişi, illər uzunu fəaliyyətini elə bu yöndə aparan “Qafqaz.TV”-nin direktoru, “Çölçü” Təşkilatının qurucusu, “Çöldə yaşam öyütləri” verilişinin aparıcısı dostumuz Eltən Törəçi aparır. “Törənin izində” qonaq olan sanballı dostlardan biri Eltənlə söhbətdən sonra mənə dedi ki, qardaş, adam elə bil, 6-cı əsrdən gəlib. Onun yarızarafat dediyi bu sözləri, bu dəfə tam ciddi deyirəm və əlavə edirəm ki, tamaşaçıya “6-cı əsrdən gəlmiş bir adam”ın aparıcılığı ilə törədən, adət-ənənədən, Türk birliyindən, Turandan, türk dövlətlərinin iqtisadi, siyasi, hərbi gücündən bəhs edən bir veriliş varkən, niyə bundan danışılmır, elə şikayət vay-şivən eşdilir?
Verilişdə Türk dünyasının böyük aydınları ilə sadaladığım və sadalamadığım mövzularda söhbətlər aparılır, dünənimiz, bu günümüz, sabahımız haqda soruşulur, gənclərimizin gələcəyindən danışılır, “necə eləyək, böyük olaq, güclənək” kimi məsələlər müzakirə olunur, ancaq bir Allahın bəndəsi demir ki, hə, Adamın üstündə Allah var, bunu da edirik!

“Törənin izində” layihəsinə Azərbaycan da daxil Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Macarıstandan belə sayılıb-seçilən tarixçilər, siyasətçilər, şairlər, diplomatlar, iqtisadçılar, sənətçilər cəlb olunub. Bu gün onları görməklə, onların fikirlərini eşitməklə, Azərbaycana gələn Messiyə topa imza etdirdikdən sonra sevinən uşaq kimi sevinməliyik. Ancaq nə edəsən, əksəriyyət ancaq pisi görür, pisi yamanlayır, pisi pisləyir. Nə olar, bir yaxşıya da baxıb, yaxşı deyəndə?

“Törənin izində” layihəsinin başqa bir variantını Eltən Törəçi “Qafqaz.TV”-də illər uzunudur yayımlayır. Bir dəfə mənə də orada çıxış eləmək xoşbəxtliyi nəsib olub. İndi həmin verilişin bütün Türk dünyasını özündə birləşdirən variantı ARB-də “Törənin izində” olaraq yayımlanır.
Baxıb qiymət vermək, lap Eltənin illərdən bəri qoruyub-saxladığı qədimi rekvizitlərlə, verililişdəki suallarla bağlı fikir söyləmək, tənqid demək olmazmı? Niyə ancaq pis nümunələr müzakirə mövzusu olmalıdır? Olmazmı yaxşını müzakirə edək, yaxşının daha da yaxşı olmasına, bu nümunələrin çoxalmasına çalışaq?
Bax, bu məsələdə, əzizlərim, nə sosial şəbəkə, nə televiziyalar, nə qəzetlər, nə də saytlar günahkardı! Günahkar özümüzük! Yaxşıları görmədikcə, bu yaxşıları yaradanlar da get-gedə sıradan çıxır. Hər şeyə rəğmən illər boyu dözüb tutduğunu buraxmayan Eltən kimi, belə verilişlər kimi nümunələr azdır, çox az!

Adamların bir qismi qiymətini almadan həyatdan gedir, bir qismi çərləyir, bir qismi də “mənim yaxşım qarın doyurmur” deyib, qarın doyuran pisliyə üz tutur, onda da söyülür, ancaq “cəhənnəm, qarnım toxdu” deyib, tüpürülən bir üzünün yerinə o biri üzünü çevirir... Beləcə, əvvəldə dediyim kimi, hər şey əldən gedir!

...Üzrlü sayın, deyəsən, çox danışdım. Ancaq danışmaya da bilmirsən. Eltən Qədimbəyli hər verilişə belə başlayır: “Törənin izində olanları arasına xoş gəldiniz!” İndi mən də sizə deyirəm: Törənin izində olanların arasına gəlin! Gəlin ki, həm özümüz yaşayaq, həm də törəmizi, xalqımızı, Dövlətimizi yaşadaq!

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı? 37 yaşlı aktyor vəfat etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri